Engelbert Hamperdink: "Həyatda heç bir şey öz ölkəni "Eurovision"da təmsil etməkdən önəmli ola bilməz"

"Eurovision 2012" mahnı müsabiqəsində Böyük Britaniyanı təmsil edən 4 "Grammy" mükafatı sahibi, Hollivudda adına ulduz olan 76 yaşlı Engelbert Hamperdinkin APA-ya eksklüziv müsahibəsi.
- Siz "Euovision" mahnı müsabiqəsində təmsilçiliklə bağlı təklifi dərhal qəbul etdiniz, yoxsa cavabınızı tərəddüdlə verdiniz?
- Bu təklifi alanda heç bir tərəddüd etmədim. Çünki bu, həm mənim özüm, həm də yaradıcılığım üçün yeni bir işdir. Daim yeniliklər etməyi sevirəm. Bu gün təklifi qəbul edib, bütün bunların şahidi olmaqdan dolayı xoşbəxtəm.
- 4 "Grammy" sahibisiniz. Bu mükafat musiqi sahəsində ən yüksək mükafat hesab olunur. Bu gün isə "Eurovision"da çıxış edirsiniz. Belə nəticə çıxarmaq olarmı ki, Engelbert Hamperdink üçün "Eurovision" "Grammy"dən daha üstündür?
- Həyatda heç bir şey öz ölkəni "Eurovision" mahnı müsabiqəsində təmsil etməkdən önəmli ola bilməz. O səbəbdən də mən - 150 milyondan çox albomu dünyada satılmış, musiqi sahəsində bir çox mükafatlar qazanmış Engelbert Hamperdink bu gün Böyük Britaniyanı bu müsabiqədə təmsil etməkdən şərəf duyuram.
- Dünya miqyasında tanınmaq sizinlə digər iştirakçılar arasında fərq yaradırmı?
- Yeganə fərq çoxsaylı tamaşaçıların mənim simamı tanımasıdır. Əgər bəzi iştirakçıları tamaşaçılar məhz "Eurovision" vasitəsilə tanıyırsa, mən "Eurovision"dan öncə tanınan və sevilən bir simayam.
- Bilirik ki, Hollivvudda adınıza ulduz var. Öz adına ulduzu olmaq necə bir hissdir?
- Doğrudur, mənim adıma ulduz 20 il bundan öncə Ruzvelt mehmanxanasının qarşısında qurulub. Təbii ki, insanın öz adına ulduzu olması və onun yaşarkən ulduza çevrilməsi yaşamaq və yaratmaq istəyini artırır. Yaşarkən tarixə düşürsən. Əminliklə deyirəm ki, Azərbaycanı "Eurovision 2012"də təmsil edən Səbinə Babayevanın da bir neçə ilə bu cür ulduzu olacaq.
- Bütün dünyanı gəzən biri kimi Bakı haqqında fikirlərinizi eşitmək istərdik.
- Bura gələndən bəri əsas işim şəhərin gəzməli-görməli yerlərinə baş çəkməkdir. Çox gözəl və təmiz şəhəriniz var. "Baku Crystal Hall"da məşqimiz baş tutub və bu səhnə möhtəşəmdir. Bu illər ərzində çoxsaylı və müxtəlif səhnələrdə çıxışlarım olub, amma bu, ən gözəlidir. Azərbaycana buna görə minnətdarlıq edirəm.
- Mayın 26-da "Baku Crystal Hall" səhnəsində çıxış edəcəksiniz. Finaldan öncə özünüzü necə hiss edirsiniz?
- Bu cür möhtəşəm bir yarışma hər kəsin, eləcə də musiqisevərlərin səbirsizliklə gözlədikləri bir hadisədir. Biz isə hazırda bu hadisənin əsas qəhrəmanlarıyıq. Əsas məqsədim bütün dünya tamaşaçıları və musiqisevərlərinə öz ifamı layiqincə təqdim etmək və gur alqışlar qazanmaqdır! İfamı dinləyin və bəyənin. Ən əsası budur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında