Almaniyanın "Eurovision" təmsilçisi: Bu müsabiqədə favoritlərim var

"Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində Almaniyanı təmsil edən və birbaşa mayın 26-da çıxış edəcək Roman Lobun APA-ya müsahibəsi
- "Baku Crystal Hall"un səhnəsindəki məşq çıxışınızdan razı qaldınızmı?
- Səhnədəki çıxışım ürəyimcə oldu. Həm səs, həm video çəkiliş, kameraların professional olaraq biri-birləri ilə növbələşməsi, səhnədən zala açılan görüntü mənə zövq verdi.
- Sizcə,"Crystal Hall" səhnəsi ilə digər səhnələr arasında fərq varmı?
- Düzünü desəm, mənim Almaniyada çıxış etdiyim səhnələr balaca səhnələr olub. Bu cür böyük və işıqlı səhnədə çıxış etmək imkanı qazandığım üçün xoşbəxtəm.
- Bütün təmsilçiləri dinləmək imkanınız olubmu? Favoritləriniz necə , varmı?
- Bütün mahnıları dinləmişəm. Favoritlərim güclü səsə malik olan ecazkar xanım Loren, Danimarka və Norveç təmsilçiləridir.
- Yarışmanın əsas favoritləri arasında sizin də adınız çəkilir...
- Loren, Anqun, Engelbert Hamperdink Qaytana, Nina Zilli kimi ifaçıların yer aldığı yarışmada favorit olmaq inanılmaz xoşdur.
- Səbinə Babayevanın ifasını necə, bəyənirsinizmi?
- Səbinənin ifa etdiyi mahnıda sizin milli musiqi nümunələrindən istifadə olunub. Məhz buna görə də Səbinənin qalib olmaq imkanlarını yüksək qiymətləndirirəm. Çünki Avropa tamaşaçıları bu tərz musiqiləri çox bəyənir.
- Bakını gəzmək imkanınız olubmu?
- Hələ iki gündür burdayam. Ancaq məşqlərdən vaxt qalanda şəhər mərkəzində və dənizkənarı parkda gəzmişəm. Xəzərin sahilində yaşadığınız və hər axşam şəhərə açılan gözəl mənzərəni izləyə bildiyiniz üçün şanslısınız.
- Hər kəs Sizi ötənilki qaliblərdən biri olan Eldara bənzədir. Onunla görüşmüsünüzmü?
- Eldarla hələ Almaniyada ikən görüşmüşdük. Həqiqətən yaxşı insandır. İşini mükəmməl görməklə yanaşı, həm də çox əyləncəli və gülərüz insandır.
- Bakıya gəlməmişdən öncə Lena ilə görüşüb məsləhətlər almısınızmı?
- Bəli, görüşmüşük. Lena mənə həyəcanlanmamağı, səhnədə yalnız hisslərimi tamaşaçıya çatdırmaq barədə düşünməyi məsləhət gördü. Onun dediyinin öhdəsindən gəlsəm, bunun mənə mütləq uğur gətirəcəyini dedi.
- Builki iştirakçılar arasında ən yaraşıqlı oğlan təmsilçi siz seçilmisiniz. Bəs sizin fikrinizcə ən yaraşıqlı qadın təmsilçi kimdir?
- İlk üçlüyüm Loren, Soluna Samay və Səbinə Babayevadır.
- "Eurovision" yarışmasından sonrakı planlarınız nədən ibarətdir?
- Qalib gələcəyim təqdirdə bir həftə ərzində bütün dostlarımla əylənmək və qalibiyyətimi qeyd etmək fikrindəyəm. Hazırda yeni albom üzərində işləyirəm. Almaniyaya qayıdan kimi ilk işim albomu bitirmək olacaq. Bəlkə yarışmada ifa etdiyim "Standing Still" mahnısını bir neçə başqa dillərdə də yazdırdım.
- Deyəsən, döyməni və futbolu çox sevirsiniz...
- Bəli, həddindən artıq çox sevirəm və o səbəbdən də bədənim də kifayət qədər döymələr var. Futbola gəlincə, artq 7 ildir ki, ara vermədən futbolla məşğulam və bu mənim vaz keçə bilmədiyim hobbimdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında