Yunanıstanın "Eurovision-2012" təmsilçisi Eleftheria Eleftheriou: "Bakıda yaşadığınız üçün çox şanslısınız"

"Sözün düzü, hər şeyin bu qədər möhtəşəm olacağına inanmırdım"-deyən Yunanıstanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Eleftheria Eleftheriounun APA-ya eksklüziv müsahibəsi
- "Baku Crystall Hall" səhnəsində ilk məşqiniz baş tutdu. "Odlar Yurdu"nun səhnəsi sizə necə təəssürat bağışladı?
- Səhnə və "Crystal Hall" bütövlükdə möhtəşəm idi. Bu səhnədə çıxış etmək inanılmaz gözəl təəssüratlar bəxş etdi. Bura gəlməzdən öncə "Crystal Hall" barədə gözəl sözlər eşitmişdim, amma sözün düzü hər şeyin bu qədər möhtəşəm olacağına inanmırdım.
- Bakıya ilk səfərinizdir. Ölkəmiz haqda düşüncələriniz necədir?
- Bəli, bu mənim Bakıya ilk səfərimdir və bu, gözəl hadisə ilə bağlıdır. Təyyarədən endiyim andan şəhərinizdən həzz alıram. Düzdür, hələlik şəhəri gəzməyə şansım olmayıb, ancaq vaxt tapan kimi mütləq Qız Qalası, Qala divarları və bir çox yerlərə səyahət edəcəyəm. Şəhəriniz çox gözəldir və siz bu şəhərdə yaşadığınız üçün çox şanslısınız.
- "Eurovision"dan sonra Bakıya yenidən turist kimi gəlmək istərdinizmi?
- Böyük məmnuniyyətlə gələrdim və gələcəyəm. Bu dəfə imkan tapıb görə bilmədiyim yerləri görməyi çox istərdim.
- Bu il ad gününüzü təyyarədə qeyd etmisiniz. Bu ad gününüz sizə düşərli olacaqmı və bu hadisə Sizin müsabiqədə də yüksəkdə olmağınıza dəlalət edə bilərmi?
- Bu il ad günüm indiyə qədər qeyd etdiyim ən yaddaqalan ad günü oldu. Çünki onu yerdən çox yüksəkdə qeyd etdim. Təyyarə yerə enən kimi gül dəstələri və hədiyyələr almağa başladım. Bu, çox xoş idi.
- Siz builki favoritlər arasındasınız. Sizin favoritiniz kimdir?
- Bilirəm ki, əksər illərdə bir çox iştirakçılar eyni sözü deyirlər, amma, həqiqətən, builki yarışmada olduqca güclü ifaçılar var. Bir çoxları ilə artıq Amsterdamda tanış olmuşuq. Xoşuma gələn ifaçılar arasında Albaniya, İsveçrə və Azərbaycan təmsilçisi var. Səbinə Babayeva ilə də Amsterdamda tanış olduq. Güclü səsə malik gözəl xanımdır. 2013-cü ildə də Bakının qonaqları ola bilərik.
- Yarışmada öz şanslarınızı necə qiymətləndirirsiniz?
- Qeyd etdiyim kimi, builki ifaçılar arasında güclü ifaçılar çoxdur, ona görə bu haqda nə isə söyləmək mənə olduqca çətindir. Ümidvaram ki, ölkəmə qalibiyyətlə dönə biləcəyəm.
- Ötənilki qaliblər Eldar və Nigarla görüşmüsünüz?
- Xeyr. Amma ümidvaram ki, görüşmək və tanış olmaq şansım olacaq. Onları çox bəyənirəm.
- Azərbaycan xalqına nə demək istərdiniz?
- Qonaqpərvər xalqınıza minnətdarlığımı bildirirəm. Bu şəhərdə yaşadığınız üçün çox şanslısınız.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında