Rusiya bəstəkarı Arseni Avraamovun "Fitlər simfoniyası"nın ötən əsrin 20-ci illərində ilk dəfə Bakıda ifa olunması özlüyündə maraqlı hadisə və faktdır

Sonra isə bu əsər İttifaqın başqa regionlarında ifa olunmuşdur. Bu sözləri AzərTAc-a müsahibəsində "YARAT!" müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova demişdir. 
Bildirilmişdir ki, rəssam Əli Həsənovun "Arsenium" əsəri "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunan doqquzuncu layihədir. Müəllifin multimedia incəsənət layihəsi formasında təqdim etdiyi iş məşhur Rusiya bəstəkarı Arseni Avraamova həsr olunmuşdur. A.Avraamov tərəfindən simfoniyanın ilk ifası üçün Bakı təsadüfən seçilməmişdi. Bəstəkar hesab edirdi ki, bu şəhərdə sənayenin inkişafı və landşaft xüsusiyyətləri onun ideyasının həyata keçirilməsi üçün mükəmməl meydança yaradır. Bakıda simfoniya bütün Xəzər gəmiçiliyi, iki artilleriya batareyası, bir neçə piyada rota, pulemyot rotası, avtomobillər və bir neçə hidroplan, habelə 200 ifaçıdan ibarət hərbi orkestr və xorun iştirakı ilə ifa edilmişdir.
Aida Mahmudova vurğulamışdır ki, bəstəkar A.Avraamovun etdiyini heç də təkrarlamayan Ə.Həsənov öz əsəri ilə yalnız bu hadisəni xatırladır və öz baxışlarını təcəssüm etdirir. Təqdim olunan əsərin maraqlı və ən çox xoşladığı layihələrdən biri olduğunu söyləyən A.Mahmudova onun tamaşaçılar tərəfindən bəyəniləcəyinə əminliyini ifadə etmişdir.
Festival çərçivəsində 21 rəssamın işinin təqdim olunduğunu bildirən A.Mahmudova növbəti layihənin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsəri olacağını diqqətə çatdırmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında