Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik

Eurovision mahnı müsabiqəsinin siyasiləşdirilməsi yolverilməzdir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə çağırışlar olmuşdur. Bu barədə Trend-ə qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov məlumat vermişdir.
Millət vəkili qeyd etmişdir ki, biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla bu cür siyasiləşdirilməsini qətiyyətlə rədd edir, ümumiyyətlə, partiya qrupunda belə fikrin səslənməsini pisləyirik:
"Biz mədəniyyətin qondarma yollar və çirkin üsullarla siyasiləşdirilməsini qətiyyətlə rədd edirik. Azərbaycanın Eurovision Beynəlxalq Mahnı Müsabiqəsində qalib çıxması və 2012-ci ildə bu tədbirin keçirilməsinə ev sahibliyi etmək haqqını qazanması ölkəmizin əleyhinə olan qüvvələrin, ilk növbədə ermənilərin yuxusuna haram qatmışdır. AŞPA-nın yaz sessiyasında Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupunun iclasında həmin qüvvələrin təhriki ilə növbəti fitnəkar addım atmaq təşəbbüsü olmuşdur. Lüksemburqlu deputat A.Brassör (Anne Brasseur) qrupa daxil olan deputatları Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi əleyhinə petisiyaya imza atmağa çağırmışdır. Belə təxribat səciyyəli təkliflər Avropa Şurasının prinsiplərinə və apardığı siyasətə ziddir. Avropa Şurasının vəzifəsi üzv ölkələrdə demokratik proseslərin inkişafına kömək etmək, onların qazandığı uğurları təqdir və təşviq etməkdir".
R. Hüseynov onu da əlavə etmişdir ki, Eurovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi müxtəlif sahələrdə əldə etdiyi inkişafın daha bir məntiqi nəticəsidir:
"Azərbaycanın Avropa Şurasına üzv olduğu son 11 ildə ən müxtəlif sahələrdə nailiyyətləri o qədər qabarıqdır ki, bunları görməmək mümkün deyildir. Elə Eurovision mahnı müsabiqəsində Azərbaycanın qələbəsi də həmin inkişafın daha bir məntiqi nəticəsidir. Azərbaycana qarşı qeyri-obyektiv, ədalətsiz mövqedə dayanan müəyyən fitnəkar qüvvələri bugünkü kimi məntiqə zidd olan təşəbbüslər irəli sürməyə sövq edən, onların təşvişinə, narahatçılığına səbəb odur ki, dünyanın onlarca ölkəsindən həmin müsabiqə vaxtı Bakıya çoxlu qonaqlar gələcək və ölkənin necə tərəqqi etməsini öz gözləri ilə görəcəklər. Bu isə təxribatçı qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğatların əyani şəkildə ifşası demək olacaqdır. Ona görə belə şəxslər və qüvvələr hər vasitə ilə çalışırlar ki, Azərbaycan paytaxtında yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər görülən və əlbəttə ki, ən parlaq şəkildə reallaşacaq Eurovision Beynəlxalq Mahnı Müsabiqəsinin baş tutmasına hansısa əngəllər yaratsınlar".

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında