Sadıxlı gömrük-keçid məntəqəsinə beynəlxalq status verilə bilər

Dövlət Gömrük Komitəsi (DGK) Sadıxlı gömrük-keçid məntəqəsinə beynəlxalq status almaq niyyətindədir.
Bu barədə DGK-nin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir.
Komitə sədri demişdir ki, bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri ilə müəyyən məsələlər müzakirə edilmişdir. Hazırda Gürcüstan-Azərbaycan sərhədinin qərb istiqamətində beynəlxalq statusa malik iki keçid məntəqəsi mövcuddur. Bunlar Sınıq Körpü və dəmir yolunda Böyük Kəsik keçid məntəqəsidir. Yüklərin, o cümlədən tranzit daşımaların artması nəzərə alınaraq Sadıxlı adlandırılan keçid məntəqəsində müəyyən abadlaşdırma və təşkilatı işlər aparıldıqdan sonra həmin məntəqəyə beynəlxalq status verilməsi üçün məsələ qaldırılacaqdır.
A.Əliyev vurğulamışdır ki, bu məntəqəyə beynəlxalq status verilməsi yüklərin sərhəddən tez keçməsinə, həmçinin iki dövlət arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaqdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında