Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr uğurla inkişaf edir

Ötən ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında son illərin ən böyük ticarət dövriyyəsinə nail olunmuşdur.
İki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dolları təşkil etmişdir. Cari ildə ticarət dövriyyəsinin daha da artacağı gözlənilir.
Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir. V.Matviyenko ümidvar olduğunu bildirmişdir ki, 2012-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötəcəkdir. Azərbaycanın və Rusiyanın regionları arasında da qurulan əlaqələr sərmayə qoyuluşunun artmasına və qarşıya qoyduğumuz məqsədə çatmağımıza imkan yaradacaqdır.
Rusiya və Azərbaycan mədəniyyət sahəsində də sıx əməkdaşlıq edirlər. Ötən il Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Birinci Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcəkdir. Biz hər il belə forumlar keçirəcəyik. Çünki belə tədbirlər əlaqələrimizin və əməkdaşlığımızın dərinləşməsinə təkan verir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında