Diaspor quruculuğuna dövlət qayğısı

Bu günlərdə Bakıda keçirilmiş Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında təşkilatın sədri seçilmiş Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini Ramin Məmmədov bildirmişdir ki, belə bir qurultayın təşkili Azərbaycan Prezidenti İlham Əliyevin diaspor quruculuğuna və gənclərə xüsusi diqqət və qayğısının nəticəsidir.  
Onun sözlərinə görə, qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-ə qədər nümayəndə və qonaq iştirak edib. Belə bir qurultayın keçirilməsi və dünya azərbaycanlı gənclərinin birliyinin yaradılması ideyası 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresində irəli sürülüb. Sonradan qısa zaman ərzində Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də gənclər siyasəti ilə məşğul olan digər dövlət qurumları, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə səyi nəticəsində bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib.
"Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq bizlər də yaradılmış bu imkandan lazımi şəkildə yararlanaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Daha doğrusu, cənab Prezidentin, partiyamızın sədri İlham Əliyevin gənclərə verdyi önəm, göstərdiyi diqqət hər zaman bizlərə əlavə güc və mənəvi ruh yüksəkliyi verir. Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğıdan irəli gələrək YAP gəncləri kimi biz də öz fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq" - deyə Ramin Məmmədov bildirib.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında