Ana müqəddəsdir

Sədaqət VƏLİYEVA, Milli Məclisin deputatı
8 Mart dünyada bütün qadınların bayramıdır. Mən fürsərdən istifadə edib bütün qadınları, qızlarımızı bu əziz bayram münasibətilə təbrik edirəm, onların hər birinə xoşbəxtlik arzulayıram. Neçə illərdir ki, döğma evlərindən didərgin düşən ana və bacılarımız onlar üçün əziz olan bu bayramı isti ocaqlarından kənarda qarşılayırlar. Ancaq bu heç də analarımızı narahat etmir. Çünki hamımız yaxşı bilirik ki, yaman günün ömrü az olar.
Artıq biz bunu görürük. Möhtərəm Prezidentimizin uzaqgörənliklə həyata keçirdiyi siyasət nəticəsində dünya ictimaiyyəti, beynəlxal təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Digər tərəfdən də ölkəmizin getdikcə artan nüfüzu, dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsi, hamımızın sabaha olan ümidimizı daha da artırır. Artıq Azərbaycan qadınları ölkəmizdə həyat səviyyəsinin gündən-günə yaxşılaşmasından məmnun olduqlarını bildirirlər.
İndi ölkəmizdə tam sabitlikdir. Bu, bizim hər birimizi sevindirir. Azərbaycan getdikcə qüdrətlənir, Milli Ordumuz güclənir. Müstəqil dövlətimiz dünya birliyinə inteqrasiya olunur. Bütün bu işlərdə Azərbaycan qadınlarının da əməyi var. Mən Milli Məclisin deputatı kimi bunun şahidiyəm. Qadınlarımız icra hakimiyyəti orqanlarında, parlamentdə,elm,təhsil,səhiyyə və mədəniyyət sahələrində onlara tapşırılan işin öhdəsindən layiqincə gəlirlər. Artıq mötəbər beynəlxalq tədbirlərdə də Azərbaycan qadınları öz fəaliyyəti, dəyərli təklifləri və siyasi fəaliyyəti ilə diqqəti cəlb edirlər. Mən Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın bu sahədə gördüyü işləri xüsusilə qeyd etmək istərdim. Onun rəhbərliyi altında beynəlxalq miqyasda aparılan "Xocalıya ədalət" kampaniyası ermənilərin necə zalım və qəddar olmalarını bütün dünyaya nümayiş etdirdi. Bu bizim hər birimizdə qürur hissi yaradıb. Mən fəxrlə deyirəm ki, hazırda Azərbaycan qadınları qürur mənbəyidir.
Bu müqəddəs gündə hər bir anaya, bacıya demək istərdim ki, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycanın daha şöhrətli, qüdrətli olmasında öz bilik və bacarıqlarını əsirgəməsinlər. Azərbaycan qadınları mərdliyi və qeyrəti ilə həmişə örnək olub. Biz bu uğurları öz fəaliyyətimizlə davam etdirməli, ölkəmizin dünya birliyindəki mövqeyinin dah da ğüclənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Bu yolda hər birinizə uğurlar arzulayıram.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında