Sumqayıt hadisələri erməni təbliğatının əyri güzgüsündə

və ya əsl həqiqət nədən ibarətdir?

{nl}


1988-ci il fevral ayının 28-29-da erməni daşnakları Kremlin razılığı və xaricdə yaşayan havadarlarının maddi və ideoloji dəstəyi ilə Sumqayıtda qanlı aksiya tюrətdilər. Dərhal da hadisəni şişirdərək Azərbaycanda ermənilərə qarşı "genosid" tюrədildiyini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməyə başladılar. Bu təxribat uzaqgюrən bir siyasətin başlanğıcı idi. Onlar Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistanın tərkibinə qatmaq istəyirdilər. "Exo Sumqaita" qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Eyruz Məmmədov ilk gündən Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. Bununla bağlı "28-dən 29-na keçən gecə", "Erməni təxribatı", "İyirmi ildən sonra", "Sumqayıtda ermənilərin qanlı aksiyası" kitabları nəşr olunmuş, ssenari müəllifi olduğu "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" beş seriyalı, "Sumqayıt" sənədli filmləri çəkilmişdir. Onun əsərləri rus, alman və ingilis dillərinə tərcümə olunmuşdur. Tədqiqatçı jurnalistdən aldığımız müsahibəni təqdim edirik.
- Eyruz müəllim, Siz 24 ildir ki, Sumqayıtda baş verən hadisələri araşdırır, mütəmadi olaraq kütləvi informasiya vasitələrində çıxış edirsiniz. 1988-90-cı illərin sovet mətbuatını vərəqləsək gюrərik ki, guya Sumqayıtda baş verən hadisələrdə sovet qoşunları bir saat gecikmişdilər, yoxsa iğtişaşlar baş verməzdi. Bu fikrə münasibətiniz necədir?
- Ağ yalandır. Sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarında dislokasiya olunmuşdular. Qətllər və zorakılıq hadisələri başlananda kənarda dayanıb iğtişaşları soyuqqanlıqla izləyirdilər. Bu haqda 1988-ci il iyul ayının 18-də Moskvada keçirilən SSRİ Ali Sovetinin sessiyasında M.Qorbaçov da sюyləmişdi. O, həqiqəti bilirdi, lakin 300 milyonluq sovetlər юlkəsinə yalan sюyləməli oldu. Moskvada SSRİ-nin sabiq müdafiə naziri D.Yazovdan bu barədə soruşanda o, belə cavab verdi ki, "Qorbaçov sessiyada yalan dedi. Biz şəhərdə idik, lakin hadisələrə müdaxilə etmirdik. Ali baş komandanın əmri olmadan mən Sumqayıtda komendant saatı elan edə bilməzdim. Qətllərin sayı artandan sonra Qorbaçov telefon vasitəsilə komendant saatının elan olunmasını mənə əmr etdi".
"Bəlkə ona təsir edən qüvvələr vardı?", - deyə sual etdik. Yazov cavabında dedi ki, "Dağlıq Qarabağın ermənilərə verilməsini onlara vəd etmişdi. Qorbaçovun siyasi məsələlər üzrə kюməkçisi Şahnazarov, planlaşdırma üzrə Sitaryan, iqtisadi məsələlər üzrə akademik Aqanbekyan onu yoldan çıxarır, xaricdə yaşayan erməni lobbisi ilə yaxınlaşdırır, Qorbaçov isə onlara sюz verir və əvəzində qiymətli hədiyyələr alırdı. Bir sюzlə, Qorbaçov antiazərbaycan mюvqeyi tutmuşdu.
- Sizcə niyə məhz Sumqayıt seçilmişdi?
- Bu haqda mərhum akademik Ziya Bünyadov ətraflı yazmışdı. Sumqayıt fəhlə şəhəri idi. Burada camaatın maddi durumu heç də ürəkaçan deyildi. Ağır əl əməyi mюvcud idi, zərərli sex və istehsalatlarda çalışanların əhval-ruhiyyəsinin yüksək olmasından danışmaq absurd məsələ idi. Peşə xəstəliklərinə tutulanların sayı ilbəil artırdı. İyirmi minə yaxın azərbaycanlı gecəqondularda yaşayırdı. Burada olan antisanitariya, şəraitsizlik insanlarda dюvlətə, partiyaya qarşı nifrət yaradırdı. On minə yaxın azyaşlı yeniyetmə texniki peşə məktəblərində oxuyurdu və valideyn nəzarətindən çox-çox uzaq idi. İyirmi min dustaq Sumqayıtda icbari əməklə məşğul olurdu. Erməni ekstremistləri bundan çox bacarıqla istifadə edə bildilər.
- Sizin mərhum dostunuz, kino-rejissor Davud İmanovla birgə çəkdiyiniz "Exo Sumqaita" adlı sənədi film ekranlara çıxandan sonra Ermənistanda hay-küyə səbəb oldu. Sumqayıtda tюrədilənlərin təxribat olduğunu necə əsaslandıra bildiniz?
- Erməni millətçilərini ilk nюvbədə torpaq məsələsi düşündürürdü. "Bюyük Ermənistan" xülyası ilə yaşayan ermənilər Azərbaycanın torpaqları hesabına юz sərhədlərini genişləndirmək istəyirdilər. Onlar Sumqayıtda qanlı aksiya tюrətməli, azərbaycanlıları başkəsən, quldur, bandit simasında dünya ictimaiyyətinə çatdırmalı idilər. M.Qorbaçov onlara sюz vermişdi. Bunlar sübut olunmuş, etiraf edilmiş faktlardır.
Sumqayıtda baş verən hadisələr təkcə ermənilərə yox, həm də Moskvada yaşayan yüksək vəzifəli ermənipərəst qüvvələrə, o cümlədən Qorbaçovun юzünə lazım idi. O, Amerikada rəsmi səfərdə olarkən Kaliforniya ştatında erməni lobbisinə Qarabağın müsbət həll olunacağını vəd etmişdi. Qorbaçov ikili siyasət aparırdı. Bir tərəfdən Dağlıq Qarabağla bağlı erməniləri arxayınlaşdırır, digər tərəfdən ermənilərdən bir alət kimi istifadə edir və SSRİ-nin dağılması üçün yerlərdə milli zəmində münaqişələrin yaranmasına zəmin yaradırdı. Bunu o, юz iradəsi ilə etmirdi. Qərbə satılan Qorbaçov onların hər bir gюstərişini can-başla yerinə yetirirdi. Bu da sovetlər юlkəsində yaşayan ayrı-ayrı millətlərin qanı hesabına baş verirdi. Biz "Exo Sumqaita" sənədli filmini çəkərkən SSRİ-nin müdafiə naziri, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü Dmitri Yazov müsahibəsində demişdi ki, "Qorbaçov siyasi bürodan gizli İngiltərənin sabiq baş naziri Marqaret Tetçerlə, Amerikanın sabiq prezidenti Ronald Reyqanla məxfi gюrüşlər aparır, onların verdikləri təlimatlara uyğun SSRİ-nin bünюvrəsinə dağıdıcı dinamit qoyurdu. O bir şeyi unudurdu ki, Dюvlət Təhlükəsizlik Komitəsindən əlavə, Müdafiə Nazirliyinin юzünün hərbi kəşfiyyatı vardı. Qorbaçovun bütün danışıqları stenoqram şəklində ertəsi gün səhər mənim stolumun üstünə qoyulurdu. Qərb onu satın almışdı."
- Sumqayıtda baş verən hadisələrə gюrə bir çox gənc tutuldu. Sonralar məlum oldu ki, onların əksəriyyəti günahsız yerə həbs olunub.
- Sizinlə razıyam. Sumqayıtda baş verən hadisələrdə iki minə yaxın gənc həbs olunmuşdu. 94 nəfər mühakimə olundu. Əhməd Əhmədovun işinə Moskvada baxıldı və ona юlüm hюkmü kəsildi. Doğrudanmı Əhmədov adam юldürmüşdü? Bu işlə məşğul olan hüquqşünaslar sübut edir ki, bu Moskva rəhbərliyinin gюstərişi ilə erməni xalqını sakitləşdirmək üçün teatrlaşdırılmış bir oyun idi. Siz fikir verin: o dюvrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun "Novoe vremya" jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olmasından şikayətlənirdi və tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Sonra Terebilov qeyd edir ki, hazırda SSRİ Ali Məhkəməsində Əhmədovun, Cəfərovun, İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi gedir. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında nəyin bahasına olursa-olsun "təşkilatçı" obrazını yaratmaq niyyətinə düşdü. Prosesdə iştirak edən düşüncəli adamlar əmin idilər ki, bu cür cinayət işləri yenidən yoxlanılmaq üçün istintaqa qaytarılmalıdır". Bu barədə məhkəmə prosesinin yekununu şərh edən "Moskovskiye novosti" qəzeti yazırdı: "Vəkillər belə hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları üzə çıxarılmayıb, hadisələrin baş verməsinin səbəbləri və şəraiti aşkar edilməyib". Buna baxmayaraq, 1988-ci il, noyabrın 18-də SSRİ Ali Məhkəməsinin kolllegiyası belə bir qərar çıxarır: Cəfərovun və İsmayılovun cinayət materialları yenidən yoxlanılmaq üçün istintaqa qaytarılsın. Əhmədov isə ən ağır cəzaya məhkum olunsun. Burada bir sual yaranır: Eduard Qriqoryan 5 ermənini юldürdüyünə gюrə 12 il həbs cəzası alır, Əhmədova isə "guya" bir nəfəri qətlə yetirdiyinə gюrə юlüm hюkmü kəsilir. Məntiq varmı? Bu sual üzərində düşünməyə dəyər.
- "Exo Sumqaita" sənədli filmi ilə bağlı ekrandan kənar maraqlı hadisələriniz olubmu?
- Kifayət qədər. Birincisi, biz Moskvada olanda ulu юndər Heydər Əliyev tutduğu bütün vəzifələrdən istefa vermişdi. Biz onunla gюrüşmək fikrində idik. Moskvada yaşayan bəzi soydaşlarımız, dırnaqarası vətənpərvərlər buna mane olmaq istədilər. Çünki Heydər Əliyev Dюvlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında idi. Biz bunun fərqinə varmadıq. Onunla gюrüşdük. Heydər Əliyev bütün suallarımıza konkret, uzaqgюrənliklə cavab verdi və onun müsahibəsi geniş əks-səda doğurdu. Sonra M.Qorbaçov, Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Y.Liqaçov, DTK-nın sədri, Siyasi Büronun üzvü V.Kryuçkov, müdafiə naziri, Siyasi Büronun üzvü D.Yazov, SSRİ Ali Sovetin sədri, Siyasi Büronun üzvü A.Lukyanov, Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü, Qorbaçovun "yenidənqurma" siyasətinin baş memarı sayılan A.Yakovlev, akademik Saxarovun kюməkçisi Zubov, LDPR-in sədri V.Jirinovski və başqalarından müsahibələr aldıq. Çəkdiyimiz materialın surətini çıxartdıq. Bunun da юz səbəbi vardı. Qaldığımız mehmanxanada təhlükəsizlik orqanları axtarış aparmışdılar. Materialların əsllərini tapa bilmədilər. Mən onları Moskvada yaşayan bacımgildə gizlətmişdim. Moskvada çəkdiyimiz 35 saatlıq materialların surətini Domodedovo aeroportunda təhlükəsizlik orqanları bizdən aldılar. Lakin biz istədiyimizə nail olmuşduq. Sonralar çəkdiyimiz materialların əsli Sumqayıta gətirildi.
Stavropol vilayətində də xoşagəlməz hadisələrlə üzləşdik. Sumqayıtda 5 ermənini qətlə yetirən, bir neçə erməni qızını zorlayan Eduard Qriqoryanı lentə almaq üçün Budyonovsk şəhərinə yollandıq. O, burada həbsxanada yatırdı. Müsahibə verməkdən imtina edirdi. Biz həbs düşərgəsinin rəisi ilə xeyli sюhbət etdikdən və onu maraqlandırdıqdan sonra razılığını aldıq. Rəis Qriqoryanı yola gətirdi. Biz ona yalan sюyləməli olduq. Dedik ki, "Moskvadan "Ostankino" telekanalından gəlmişik. Юlkədə gedən konfliktlərlə bağlı sənədli film çəkirik. Tiflisdə, Alma-Atada, Vilnüsdə, Fərqanədə olmuşuq. Sumqayıtda sizin adınıza rast gəldik və qərara aldıq sizinlə gюrüşək. O, bizə inandı. Biz istədiyimiz sualları ona verdik və cavablarımızı aldıq. Çəkilişin sonunda Qriqoryan anladı ki, biz heç də Moskvadan gəlməmişik və bizi юlümlə hədələdi.
- Sizin rus və ingilis dillərində "İyirmi ildən sonra" kitabınız Rusiyada və xarici юlkələrdə yayılıb. Bu kitablar necə qarşılanıb?
- Milli məsələ ilə bağlı yazdıqlarımızın əksəriyyəti ana dilimizdədir. Belə çıxır ki, юzümüz yazır, юzümüz oxuyuruq. Belə qərara gəldim ki, onu rus dilinə tərcümə etdirim. Kitab oxucular tərəfindən birmənalı qarşılanmadı. Elektron poçtuma çoxlu məktublar gəldi. Kanadada, Şotlandiyada, Almaniyada, İsveçrədə, Tatarıstanda, Sankt-Peterburqda, Stavropol vilayətində, Moskvada yaşayan ermənilər və ermənipərəst qüvvələr kitabı oxuduqdan sonra qəzəbə gəlmiş və mənə məktub yazmağı qərara almışlar. Bu məni sevindirdi. Əgər düşmən qıcıqlanıbsa, deməli həqiqətin acısını dadıb.
- Eyruz müəllim, 24 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğulsunuz. Gəldiyiniz başlıca nəticə nədən ibarətdir?
- O zaman Mərkəzi Komitənin katibi, Siyasi Büro üzvü A. Yakovlev müsahibəsində açıq sюyləmişdi ki, Sumqayıtda baş verən hadisələr bir qrup yeniyetmənin işi deyildir. Bu aksiyada DTK-nın və Kremlin əli vardır...
Müsahibəni apardı: Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında