Ariel KOEN: ABŞ Azərbaycana hərbi-siyasi və diplomatik dəstəyi genişləndirməlidir

Rusiya, Avrasiya problemləri və beynəlxalq enerji siyasəti üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen "Amerikanın səsi" saytında dərc edilən bloqunda bildirir ki, son vaxtlar Bakı və Tehran arasındakı münasibətlər, ilk növbədə, Azərbaycanın ABŞ, NATO və İsraillə dostluq münasibətlərini inkişaf etdirməsi səbəbindən pisləşir. 
Koenin fikrincə, İran ruhaniliyinin qonşulara təsirini azaldan Azərbaycanın dünyəvi xarakteri də ikitərəfli münasibətlərdə qıcıqlandırıcı amildir:
"İranın güclənən beynəlxalq izolyasiyası kontekstində Tehran Azərbaycanın Qərb ilə, xüsusən, İsrail və NATO ilə əməkdaşlığına həddən artıq ağır reaksiya göstərir. Hesab edirəm ki, Bakı Azərbaycana tərəfdaş kimi etibar etməyin mümkün olduğunu dəfələrlə nümayiş etdirib. Əfqanıstandakı missiyadan başqa, Azərbaycan və ABŞ təhlükəsizlik sahəsində və iki ölkənin hərbi qüvvələri arasında əməkdaşlıq çərçivəsində strateji tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır".
Koen yazır ki, bu tərəfdaşlıq Azərbaycanın Xəzərdə enerji infrastrukturunun müdafiəsində, neft və qazın Xəzər dənizindən Avropaya tədarükündə töhfə olacaq:
"Vaşinqtonun bundan sonra da Bakıya terrorizmlə mübarizə, o cümlədən xüsusi xidmətlər, sərhəd və gömrük xidmətləri arasında əməkdaşlıqda hərtərəfli kömək göstərməsi rasional təsəvvür edilir. Bu prosesə Avropa müttəfiqlərini və Türkiyəni də cəlb etmək lazımdır".
A.Koenin fikrincə, hər iki tərəf tələbə, ekspert, jurnalist mübadiləsi proqramını genişləndirə bilər. Nəhayət, ABŞ regionun bu vacib ölkəsinə tez bir müddətdə səfir təyin etməlidir:
"Şübhəm yoxdur ki, ölkənin tərəfdaşlıq münasibətlərini və coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan ABŞ-ın hərbi-siyasi və diplomatik dəstək verməli olduğu dövlətlərdən biridir. Təkcə ona görə yox ki, Bakı terrorizmlə mübarizədə tərəfdaş kimi və Xəzər enerjidaşıyıcılarının təhlükəsiz tədarükünün təmin edilməsi üçün zəruri olan strateji müttəfiq kimi etibarlığını göstərdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında