Təhsilin keyfiyyətinin daha da yüksəldilməsi Azərbaycanın gələcək inkişafının əsaslarını formalaşdırır

Təhsil cəmiyyətimizi maraqlandıran və onu əhatə edən böyük bir sahə olduğu üçün Yeni Azərbaycan Partiyası (YAP) Təhsil Nazirliyi ilə birlikdə "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "dəyirmi masa" keçirməyi qərara almışdır. Təhsil hər bir dövlətin inkişafında əhəmiyyətli rol oynayır. XXI əsrdə təhsil dövlətlərin qüdrətinin artmasında ən vacib amillərdən biri kimi dəyərləndirilir.
Bu sözləri fevralın 16-da YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov keçirilən "dəyirmi masanın" əhəmiyyətindən danışarkən demişdir.
Ə.Əhmədov bildirmişdir ki, Azərbaycan Prezidenti "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncamın icrası istiqamətində bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Bugünkü tədbirdə təhsil sahəsində çalışan görkəmli nümayəndələr inkişafla bağlı fikirlərini bildirmiş, təkliflər irəli sürmüşlər. Bunlar da İnkişaf Konsepsiyasının hazırlanması zamanı işçi qrupu tərəfindən nəzərə alınacaqdır.
"Təhsilin keyfiyyətinin daha da yüksəldilməsi Azərbaycanın gələcəkdə də inkişafının əsaslarını formalaşdırır", - deyən Ə.Əhmədov vurğulamışdır ki, Azərbaycan Prezidentinin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə minlərlə yeni məktəblər tikilmişdir. Bu məktəblərin maddi-texniki bazaları da möhkəmləndirilmişdir. Qısa müddətdən sonra ölkəmizdə bir dənə də olsun köhnə məktəb binası qalmayacaqdır. Xaricdə təhsil alan gənclərimizin sayı 2015-ci ilədək artırılaraq 5 minə çatdırılacaqdır. Bu gənclərin mütəxəssis kimi yetişib ölkəyə qayıtmaları və müvafiq işlə təmin olunmaları da diqqətdə saxlanılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında