Əli Həsənov: İran hazırkı durumda qonşu ölkələrlə ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir

"İranın bəyanatının heç bir əsası yoxdur". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov demişdir. 
Şöbə müdiri bildirmişdir ki, Azərbaycan xarici siyasətində, xarici ölkələrin müxtəlif təşkilatları ilə münasibətlərində qonşu ölkələrin maraqlarını daim nəzərə alır: "Azərbaycan heç bir terror təşkilatı və insanlığa qarşı hər hansı hərəkətləri olan təşkilatlarla heç bir əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bu bəyanatın heç bir əsası yoxdur. Azərbaycanı nədə günahlandırdıqları da heç bəlli deyil. Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi istənilən ölkənin vətəndaşı Azərbaycana gəlir və normal keçir, yaxud burada yaşayır. Düşünürük ki, İran dövləti hazırkı durumda qonşu ölkələrlə bir az ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir".
Ə. Həsənov qeyd etmişdir ki, bölgədə gədən proseslər Azərbaycana da təsir göstərir: "İranla Avropa və Amerikanın münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir göstərəcək. Bölgədə konfliktin yaranması şübhəsiz ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə də təsirsiz ötüşməyəcək".
Qeyd edək ki, İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti "Mossad"ın ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə və İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə azad gəliş-gedişinə şərait yaratmaqda ittiham etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında