Heydər Əliyev kimi enerjili, işgüzar, məsuliyyətli siyasi xadim görməmişdim

Mən Heydər Əliyevdən əvvəl də, ondan sonra da keçmiş SSRİ Nazirlər Sovetində işləmişəm. Lakin Heydər Əliyev kimi enerjili, işgüzar, məsuliyyətli siyasi xadim görməmişəm. 
Bu sözləri Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəlmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin rəhbərinin müavini Vladimir Uxov demişdir.
V.Uxov bildirmişdir ki, Heydər Əliyev ən xırda məsələlərə də nəzərdən qaçırmayaraq onun həllinə böyük diqqət ayırırdı və mütləq problemin aradan qaldırılmasına nail olurdu. Heydər Əliyev fenomen şəxsiyyət idi. Onun xarici görünüşündən tutmuş bilik və bacarığı, iş qabiliyyəti SSRİ rəhbərlərinin diqqətini çəkirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu xüsusiyyətlərinə görə çoxları Heydər Əliyevə paxıllıq edirdilər. Kremlin əməkdaşları Heydər Əliyevə oxşamağa, tapşırılan işi tez və keyfiyyətlə həyata keçirməyə çalışsalar da alınmırdı. Halbuki, Heydər Əliyev Kremlin divarları arasında baş verən siyasi intriqalara qoşulmur, belə söhbətləri dinləmək belə istəmirdi. O, yalnız dövlət işini ləyaqətlə yerinə yetirməyə çalışırdı. SSRİ kimi böyük bir ölkədə yaşayan insanları düşünürdü.
Qonaq vurğulamışdır ki, Heydər Əliyev katibliyə daxil olan bütün məktublarla maraqlanırdı. SSRİ-nin 40-dan artıq nazirlik, idarə və təşkilatı onun rəhbərliyi ilə fəaliyyət göstərirdi. Bu təşkilatlardan minlərlə məktub gəlirdi. Heydər Əliyevin tapşırığı ilə onların hər biri haqqında ona məruzə olunurdu və hər birinə cavab verilirdi. Sadə adamlardan daxil olan məktublara isə Heydər Əliyev xüsusi həssaslıqla yanaşırdı. Dahi şəxsiyyətin əməkdaşları ilə çox mülayim davrandığını deyən V.Uxov qeyd etmişdir ki, ulu öndər tələbkar idi. Əməkdaşların şəxsi problemlərini öz problemi kimi qəbul edərək əlindən gələn köməyi edərdi. Şəxsi məsələdə kiməsə kömək etmək sadə məsələ deyildi. Bunu mənfi yerə yozanlar mütləq tapılırdı. Lakin Heydər Əliyev bu cür söz-söhbətə əhəmiyyət vermirdi, çünki o təmənnasız yardım edirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında