Sergey LAVROV: Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə yönəlmiş səylərini davam etdirəcəkdir

Yanvarın 19-da Rusiya və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov Moskvada görüşəcəklər. Görüşdə diplomatik daşınmaz əmlak haqqında saziş imzalanacaqdır. RF xarici işlər naziri Sergey Lavrov bu barədə 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunları ilə əlaqədar yanvarın 18-də Rusiya və xarici ölkə jurnalistləri üçün təşkil edilmiş mətbuat konfransında məlumat vermişdir. 
S.Lavrov Qəbələ RLS-dən istifadə edilməsinə dair danışıqlar prosesi barədə sualı şərh edərək bildirmişdir ki, Rusiyanın icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyası barədə danışıqlar davam edir və söhbət icarə haqqının parametrlərindən gedir. Rusiya xarici siyasət idarəsinin başçısı demişdir: "Bu məsələdə prinsipial problem yoxdur".
Nazir daha sonra demişdir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesində kömək məsələsinə dair səylərini də davam etdirmək niyyətindədir".
Sergey Lavrov Xəzər dənizinin statusunun hüquqi tənzimlənməsi ilə əlaqədar vəziyyəti də şərh etmişdir. O bildirmişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabr ayında keçirilmiş Bakı sammitinin qərarları iki parametr üzrə yerinə yetirilmir. Lavrov demişdir: "Həmin sammitdə iki əsas qərar qəbul edilmişdir. Birincisi, nərə balıqlarının ovlanmasına moratoriumdur. Bunu indiyə qədər yerinə yetirmək mümkün olmamışdır, lakin bu, Rusiyanın və ya Azərbaycanın təqsiri deyildir". Onun sözlərinə görə, ikinci razılaşma Xəzərin statusu çərçivəsində sahilyanı zonalar müəyyən edilməsinə prinsipial razılıqla bağlı idi. Burada sahilyanı dövlətin suverenliyi nəzərə alınmaqla yalnız balıq ovu üçün nəzərdə tutulan zonalar yaradılacaqdır. "Biz məsləhətləşmələri davam etdiririk və zonaların eni barədə artıq razılığa gəlmişik, lakin bütün dövlətlərin hərbi gəmiləri həmin zonalardan rahat keçə bilməsi üçün başqa məsələlərdə, o cümlədən zonalardan dinc məqsədlər üçün keçmək hüququ məsələsində irəliləyişə nail olmaq vacibdir", - deyən nazir daha sonra bildirmişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçirilə bilər. Sammitin dəqiq vaxtı bir müddət sonra məlum olacaqdır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri  
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında