Əli HƏSƏNOV: "Azadlıq" qəzetinin məlumatı yalan və böhtandır

"Azadlıq" qəzetinin 25-26 dekabr 2011-ci il tarixli sayında dərc olunmuş, dekabrın 24-də Qarabağ bölgəsinə səfəri zamanı Prezident İlham Əliyevin guya Ağcabədi rayonunun Ağgöl deyilən ərazisində ovda olması ilə bağlı məlumat yalan və böhtandır".
Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin səfər qrafiki, keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər o qədər intensiv olub ki, dövlət başçısının istirahət və əyləncə kimi məsələlərə diqqət ayırması fiziki baxımdan mümkün deyildi: "Dekabrın 24-də saat 10:00-da Prezident İlham Əliyev Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün inşa edilən binalardan ibarət məhəllədə görülən işlərin gedişi ilə tanış olub. Sonra ölkə Prezidenti Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış qəsəbəsinin açılışında iştirak edib, ümummilli lider Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, məcburi köçkün Əliyev Cənnət Əvəz oğlunun evində olub, qəsəbədəki məktəbin qarşısında laçınlıların istehsal etdiyi məhsullara baxıb, ictimaiyyət nümayəndələri ilə görüşüb, onların qarşısında çıxış edib, yeni tikilmiş məktəb və uşaq bağçası ilə tanış olub, idman zalında idmançıların nümunəvi çıxışlarını izləyib. 11:00-da Prezident Bakı şəhərinə yola düşüb və 13:00-da Prezident Sarayında, öz iş yerində olub. Saat 14:00-da dövlət başçısı ailə üzvləri ilə birlikdə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb. Xiyabandan qayıdandan sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xətai rayonunda yeni salınan "Ağ şəhər"in təməlqoyma mərasimində iştirak edib.
"Azadlıq" qəzeti bu məlumatla bir daha sübut etdi ki, obyektivlikdən tam uzaq, qərəzli mətbuat orqanıdır və dezinformasiya yaymaqla məşğuldur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında