Azərbaycanın xarici siyasəti xalqımızın maraqlarına, ölkəmizin dünya birliyində nüfuzunun artmasına xidmət edir

{nl}

Müsahibimiz Milli Məclisin deputatı, fəlsəfə doktoru Fazil Mustafadır

{nl}


- Fazil müəlim, yola salmağa hazırlaşdığımız 2011-ci il Azərbaycanın ictimai-siyasi həyatında hansı hadisələrlə yadda qalacaq?
- 2011-ci il Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi kimi tarixdə qalacaq. Bu baxımdan gərgin beynəlxalq vəziyyətdə Azərbaycanın hər hansı bir şəkildə konfliktlərə cəlb olunmaması, ikinci bir tərəfdən beynəlxalq arenada ölkəmizin özünü təsdiq edən addımlar atması xüsusilə qeyd edilməlidir. "Eurovision - 2011"də Azərbaycanın qələbə qazanması böyük bir mədəniyyət hadisəsi kimi yaddaşlara həkk olundu. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi deyərdim ki, müstəqilliyimizin 20 illik tarixində xarici siyasət sahəsində qazanılan ən parlaq qələbədir. Bu nailiyyət ölkəmizin beynəlxalq arenada mövqeyini xeyli gücləndirdi. Bununla da Azərbaycan ümumbəşəri məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrildi. Bu tarixi hadisə bir daha təsdiqlədi ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir. Bu da ondan irəli gəlir ki, ölkəmizdə həyata keçirilən xarici siyasət xalqımızın maraqlarına, milli mənafelərimizin təmin olunmasına, Azərbaycanın nüfuzunun, dünya siyasətində rolunun artmasına xidmət edir. Digər tərəfdən Azərbaycanın Türkiyə ilə investisiya layihələrinin yüksək səviyyədə həyata keçirilməsi və bu layihələrin dəyərinin 5 milyard dolları ötməsi də xarici siyasətdə qazanılan yüksək nailiyyət kimi qiymətləndirilməldir. Bütövlükdə hesab edirəm ki, bu gərgin, xüsusilə də Amerika - İran münasibətlərinin gərginliyi fonunda Azərbaycanın hələ ki, qonşularla münasibətdə də balanslı xarici siyasəti qoruyub saxlaması müsbət hal kimi dəyərləndirilməlidir. Təbii ki, müstəqilliyimizin möhkəmləndirilməsi yalnız bir illik hadisə deyil. Hər ilin bu prosesə öz təsiri, töhfəsi olmalıdır. Son illər bu sahədə həyata keçirilən siyasət yüksək qiymətə layiqdir.
- Siz Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xüsusi vurğuladınız. Bu, bizim ölkəmizə nə verəcək?
- İlk növbədə qeyd edim ki, burada Azərbaycanın müttəfiqlərinin sayının çoxalmasından söhbət gedir. Söz yox ki, bizə dost olan ölkələrlə yanaşı düşmən ölkə də var. Belə bir şəraitdə Azərbaycanın BMT kimi nüfuzlu, mötəbər bir qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya birliyinin bizə olan etimadının nəticəsidir. Dünyanın 155 ölkəsi Azərbaycanı bu seçkidə dəstəklədi. Bu da ondan irəli gəlir ki, biz BMT Təhlükəsizlik Şurasına keçirilən səsvermədə daha çox müttəfiq əldə etmək taktikasını uğurla həyata keçirdik. Bu, çox müsbət bir hadisədir. Azərbaycanla əməkdaşlıq edən dövlətlərin sayı nə qədər çox olarsa, biz beynəlxalq aləmdə daha böyük uğurlar qazanarıq. Bu, həm də dövlətimizin ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə qurmasından asılıdır. Çünki ikitərəfli əməkdaşlıq olmadan birdən-birə hansısa iclasda, BMT-nin tədbirlərində nümayəndələr fikir mübadiləsi aparmırlar. Bu nümayəndələrin hər biri öz dövlətlərinin təmsilçiləridir və dövlətlərində oturuşmuş bir qərarı BMT müzakirələrinə tətbiq edirlər. Bu baxımdan ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi həm ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi, həm də faydalı çalışmaların yekunudur. Bu tarixi hadisə ölkəmizin əleyhinə hər hansı bir qərarın qəbul edilməsinin qarşısının alınmasında da böyük rol oynayacaq.
- Ölkəmizdə insanların sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə dəmünasibətinizi bilmək maraqlı olardı. Təkcə bu ilin dekabrında dövlət başçımız tərəfindən bir-birinin ardınca çoxsaylı sərəncamlar imzalandı...
- Hər halda əmək haqlarının və digər müavinətlərin artırılması çox müsbət haldır. Bu, həm də ölkəmizin iqtisadi qüdrətindən öncə sosial siyasətin zəruri atributları kimi qiymətləndirilməlidir. Çünki bazar iqtisadiyyatında yaranmış vəziyyət daha çox müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin həyat şəraitinə daha tez təsir göstərir. Özəl sektor özünü yaşada bilir. Ancaq adlarını çəkdiyim peşə sahiblərinin dövlətin müdafiəsinə ehtiyacı var. Ona görə də dövlət başçısı tərəfindən belə addımların atılıması çox yaxşı haldır. Dövlətin iqtisadi qüdrətinin möhkəmlənməsinin əsas göstəricilərindən biri də sovet dövründən qalmış əmanətlərin qaytarılmasıdır. Artıq xalqda bu problemin də aradan qaldırılmasına ümid yaranıb. Eyni zamanda, əmək haqlarının artırılması, yaşayış minimumunun yüksəldilməsi vacib şərtlərdən biridir. Dövlət varlı olanda, bu proseslər rahatlıqla həyata keçirilir. Azərbaycanda bu proseslərin aparılması müsbət sosial dəyişikliklərdən xəbər verir.
Ümumilikdə yola saldığımız il bir çox əlamətdar hadisələrlə tarixdə iz buraxacaq.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında