Rəsmi Bakı uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirmişdir

"Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında demişdir: "Biz Fransa parlamentinin "erməni soyqırımı" ilə bağlı müvafiq qanun layihəsini müzakirə etməsinə iki rakursdan baxırıq".
APA-nın xəbərinə görə, Əli Həsənov daha sonra bildirmişdir ki, bir tərəfdən, sözün həqiqi mənasında ermənilərin bütün dünyada təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur: "Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, biz "erməni soyqırımı"nı saxta hesab edirik. Tarixdə belə hadisə olmayıb. Bu, sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Digər məsələ isə bu tip hadisələrin siyasiləşdirilməsidir. Hazırda bu məsələnin Fransa parlamentinin gündəminə salınması tarixdə baş vermiş və yaxud tarixdə baş verməmiş - tarixlə bağlı hadisənin siyasiləşdirilməsi, siyasi gündəmə gətirilməsidir. Hesab edirik ki, bu məsələlərlə bağlı tarixçilər araşdırmalar aparmalı, məsələni tarixçilər müzakirə etməlidir. Bu məsələlər insanların yaddaşına tarixi təzələmək anlamında gündəmə gətirilməlidir. Ona görə də biz hər iki rakursdan yanaşanda, bu məsələyə mənfi münasibət bəsləyirik".
Administrasiya rəsmisi belə hesab edir ki, Fransada belə bir qanunun qəbul olunması Fransa-Türkiyə münasibətlərinə təsir edə bilər: "Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlərə görə bu gün Ermənistanı idarə edənlər məsuliyyət daşıyırlar. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə pislənilir. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyi haqqında biz əvvəlcədən bəyanatlar veririk".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında