Yuri Nikiforov: Gözəl təbiət qoynunda yerləşən Qəbələdə keçirilən bu sərginin böyük potensialı var, onu parlaq gələcək gözləyir

Rusiyanın tanınmış rəssamı Yuri Nikiforov müsahibəsində demişdir: "Azərbaycana ilk səfərim olmasa da, Qəbələdəki beynəlxalq incəsənət sərgisində birinci dəfədir iştirak edirəm.
Gözəl təbiət qoynunda yerləşən Qəbələdə keçirilən bu sərginin böyük potensialı var, onu parlaq gələcək gözləyir. Sərginin təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır.
Özünüz də görürsünüz ki, ötən 2 ildə böyük uğurlar əldə olunmuşdur. Mənim hər birinə min manat qiymət qoyulan və satışa çıxarılan "Yapon bağı" və "Cənubi Almaniyada qar" rəsm əsərlərim burada sərgilənir. Rusiyadan Vasili Mezerin, Anna Nikiforovanın, Dmitri Sandjiyevin, Anatoli Silovun, Aleksandr Tixomirovun qiyməti 3 min manata olan dəyərli əsərləri nümayiş olunur.
Böyük məmnuniyyətlə, növbəti ildə də bu sərgiyə dəvət alıb iştirak edərdim".
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında