Novruz MƏMMƏDOV: Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri vardır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycanla bağlı qeyri-obyektiv tənqidi bəyanatını şərh etmişdir. 
Novruz Məmmədov demişdir: "Bu, çox maraqlı bəyanatdır. Deyərdim ki, bir neçə səbəbdən maraqlıdır. Əvvələn, qeyd etməliyəm ki, insan haqları mövzusunda diskussiyalar, heç şübhəsiz, müasir aləmdə çox böyük əhəmiyyət kəsb edir və bu hüquqları müdafiə etməyə çalışmaq tamamilə normal haldır. Lakin məgər insan haqları öz əhəmiyyətinə görə müxtəlif kateqoriyalara bölünürmü?".
O qeyd etmişdir ki, ABŞ Dövlət Departamenti erməni təcavüzünün qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması məsələsinə praktiki olaraq tamamilə etinasızlıq göstərir.
Xatırladaq ki, ABŞ Dövlət katibi Hillari Klinton 2011-ci il dekabrın 9-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə verdiyi bəyanatda bu sahədə mövcud pozuntular barədə söhbət açaraq mənfi nümunələrdən biri kimi, Zimbabve dövləti ilə yanaşı, Azərbaycan Respublikasının da adını çəkmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi haqlı olaraq sual edir: "Əgər bu, Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar? Nə üçün bu barədə heç kəs ciddi bəyanatla çıxış etmir?".
N.Məmmədov vurğulamışdır: "Yəqin ki, Dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı, Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanmışlar (ingilis əlifbasının birinci və sonuncu hərflərinə analogiya üzrə - red.), lakin ya onlar bu əlifbanı pis öyrənmişlər (ən azı, həmin əlifbaya görə Azərbaycandan əvvəl Ermənistanın adı çəkilməli idi), ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik".
İndiki halda bütün arqumentlər göz qabağındadır, - deyən N.Məmmədov bildirmişdir: "Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi vardır. Amerika məhz bu cür münasibət nümayiş etdirir və bu xəttə sadiq qalacağını hər dəfə sübut edir". N.Məmmədov bildirmişdir ki, hətta Ermənistanda seçkilər kobud şəkildə saxtalaşdırılanda, buna etiraz edənlərin qovulması zamanı 30 nəfər öldürüləndə də ABŞ tamamilə susmuşdu.
N.Məmmədov sonda demişdir: "Hətta Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaqdır.
Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri vardır və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində isə yalnız müsbət rəy bildirməyə məcbur edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında