Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair saziş yaxın vaxtlarda imzalana bilər

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə sadələşdirilmiş viza sisteminin tətbiqinə dair sazişin imzalanacağına ümid edir. 
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu barədə jurnalistlərə məlumat verərək qeyd etmişdir ki, Azərbaycan sadələşdirilmiş viza sisteminin tətbiqinə dair sazişin imzalanması məsələsində gözləmə mövqeyi tutur. Bununla əlaqədar layihə Avropa Komissiyası tərəfindən Aİ Şurasına təqdim edilmişdir. Onlar hesab edirlər ki, bu istiqamətdə Azərbaycanla danışıqlara başlamaq olar. Bu məsələyə Şura tərəfindən artıq baxılmalı idi.
Nazir müavini daha sonra bildirmişdir ki, sadələşdirilmiş viza sisteminin tətbiqinə dair sənəd yaxın aylarda imzalana bilər. O demişdir: "Avropadakı tərəfdaşlarımızın fikrincə, bu məsələ cari ilin sonunda və ya 2012-ci ilin əvvəlində həll edilə bilər".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında