Azərbaycan Avropa bazarına böyük həcmdə təbii qaz ixrac edə bilər

Azərbaycan Avropa bazarına böyük həcmdə təbii qaz ixrac edə bilər. 
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Bloomberg" agentliyinə müsahibəsində demişdir.
Hazırda Avropa Komissiyası ilə marşrutlar barədə danışıqlar aparıldığını bildirən E.Məmmədyarov qeyd etmişdir ki, Azərbaycan qazının Avropaya tədarükünün bütün variantları danışıqlar masası üzərindədir və ən yaxşı variantın qəbulu çox güman ki, gələn ilin əvvəlində baş verəcəkdir.
Artıq "Cənub dəhlizi" layihələri ("Nabukko", TAP və ITGI) çərçivəsində "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropaya nəqli üzrə təklif təqdim edilmişdir. Azərbaycan Avropa bazarına ildə 10 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Azərbaycan ilə Türkiyə arasında qazın ixracı ilə bağlı bütün zəruri sənədlərin, o cümlədən tranzit sazişinin imzalandığını xatırladan xarici işlər naziri diqqətə çatdırmışdır ki, bundan sonra qazın tək Türkiyəyə deyil, həmçinin Avropa bazarına çatdırılmasının necə təmin edilməsi müəyyən olunmalıdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında