Kəmaləddin HEYDƏROV: "Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz oluna bilər"

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) sovet dövründə və ondan əvvəlki illərdə tikilmiş binalarda yoxlama aparır.
"APA-ECONOMICS"in məlumatına görə, jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirmişdir ki, bu araşdırmalar Bakının müxtəlif ərazilərində, o cümlədən mikrorayonlarda aparılır. Tarixi binaların isə hamısı araşdırılır. Araşdırmalara bu yaxınlarda Türkiyədə baş verən və böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra başlanılmışdır: "Araşdırmalar göstərir ki, paytaxtdakı bəzi binaların konstruksiyaları zəifdir, bu, daha çox "Xruşşovka" adlanan binalara aiddir".
Nazir demişdir ki, FHN bu araşdırmaları başa çatdırdıqdan sonra yaxın vaxtlarda hökumət qarşısında həmin binalarda bərpa işlərinin aparılması və ya həmin binaların sökülərək yerində yeni binaların tikilməsi təklifi ilə çıxış edəcək: "Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda rəsmiləşəcək".
Nazirin sözlərinə görə, Bakıdakı köhnə binaların bir hissəsi sökülərək yenisi ilə əvəz olunması istisna edilmir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında