Metyu BRAYZA: Azərbaycanda həmsədrlərin qeyri-səmərəli fəaliyyəti barədə yaranmış rəy bu ölkənin münaqişənin sülh yolu ilə həllinə nə dərəcədə sadiq olduğunun göstəricisidir

"Dağlıq Qarabağ münaqişəsinin həllində əsasən bəzi spesifik məsələlərin razılaşdırılması qalıb. Sülh tamamilə mümkündür, amma bunun üçün danışıqlarda siyasi mühit daha isti, tərəflər arasında təmaslar isə daha intensiv olmalıdır".
Bu açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza vermişdir. Azərbaycan rəsmilərinin Minsk qrupunun fəaliyyətini sərt tənqid etməsini şərh edən Brayza bu fikirləri tam anlayışla qarşıladığını demişdir. ABŞ səfiri hesab edir ki, vasitəçilərin qeyri-səmərəli fəaliyyəti barədə rəy əslində Azərbaycanın sülhə və münaqişənin sülh yolu ilə həllinə nə dərəcədə sadiq olduğunun göstəricisidir. Metyu Brayza münaqişənin çözümü ilə bağlı nikbin əhval-ruhiyyədə olduğunu etiraf etmişdir: "Öz təcrübəmdən bilirəm ki, tərəfləri bir araya gətirməklə sülh sazişinin əldə edilməsi istiqamətində Minsk qrupu böyük iş görür. Amma yekun sazişin əldə edilməsi üçün tərəflərin qarşılıqlı etibarına ehtiyac var".
Səfir sülh sazişinə nail olmağın mümkünlüyünə də toxunmuşdur: "Şəxsi qənaətim budur ki, hər iki tərəf masa üzərində olan baza prinsiplərini qəbul etməlidir. Bu, nail olunması mümkün olan bir hədəfdir. Amma burada siyasi iqlimin daha mülayim olması gərəkdir. Həmsədrlər prezidentlərlə təmasları davam etdirməlidirlər. Ümidvaram ki, yaxın zamanlarda prezidentlər arasında növbəti görüş keçiriləcək. Sülh sazişinə nail olmaq üçün danışıqlardakı inam və etimad şəraitində bir tərəf digərinin nə istədiyinə anlayışla yanaşmalıdır. Həm həmsədrlərin, həm də münaqişə tərəflərinin psixoloji və siyasi mühitin daha da yaxşılaşdırılması üçün bu istiqamətdə çalışdıqlarını bilirəm. İndi etimad tədbirlərinin möhkəmləndirilməsinə ehtiyac var. Bu, xüsusən atəşkəsin pozulması insidentlərin araşdırılması mexanizminin işləməsi üçün lazımdır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında