Elnur ASLANOV: Beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı öz legitimliyini ortaya qoyub Ermənistana təzyiqlərini artırmalıdırlar

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi ilə bağlı kəskin sözünü deməlidir və beynəlxalq təşkilatlar artıq öz legitimliyini ortaya qoyub, Ermənistana təzyiqlərini artırmalıdırlar. Trend-in məlumatına görə, bu sözləri çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir: "Azərbaycan xarici işlər nazirinin də bəyan etdiyi kimi, Azərbaycan sülh sazişinin üzərində işləməyə hazırdır. Bu ondan irəli gəlir ki, Azərbaycan birgə sülh şəraitində yaşamağın tərəfdarıdır".
E.Aslanov bildirmişdir ki, Dağlıq Qarabağda yaşayan hər bir insan Azərbaycan vətəndaşıdır və bu, de-yure belədir: "Azərbaycan bütün digər millətlərin hüquqlarının tanındığı bir ölkədir. Azərbaycan artıq postmünaqişə ərazilərinin bərpasını, Dağlıq Qarabağın gələcəyini düşünür və birgə yaşam prinsipləri üzərində fikir mübadiləsi aparmağa hazırdır. Bu, bizim daha konstruktiv, daha rasional mövqedən çıxış etməyimizin bariz nümunəsidir. Azərbaycan bir qarış da olsa torpaqlarından, öz prinsiplərindən geri çəkilməyəcək. Bu, həm beynəlxalq hüququn prinsiplərinə uyğundur, həm də reallıqlara cavab verir".

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında