Əli ƏHMƏDOV: "Transparency İnternational"ın hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir

"Transparency İnternational" təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin və səylərinin ruhuna uyğun gəlmir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov demişdir: "Hər bir dəyərləndirmə, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalıdır, subyektiv fikirlər üstünlük təşkil etməməlidir. Biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq".
Ə.Əhmədovun sözlərinə görə, siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir. Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi, bu məsələdə də həqiqəti göstərməlidirlər. Azərbaycan cəmiyyətində də əhalinin böyük əksəriyyəti həmin məsələlərdə fərqli düşünür: "Azərbaycanda korrupsiya yoxdur. Hökumət bunu etiraf edir və eyni zamanda korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır".
Əli Əhmədov vurğulamışdır ki, Azərbaycanda bununla bağlı siyasi iradə ortadadır. Bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında