Qəbələdə keçirilən beynəlxalq düşərgə yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolunu artıracaqdır

"Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" devizi ilə gənc ekoloqların Qəbələdə keçirilən beynəlxalq düşərgəsi yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolunu artıracaq, ətraf mühitin qorunması üzrə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu sözləri AzərTAc-a müsahibəsində beynəlxalq düşərgədə Rusiyanı təmsil edən Aleksey Petrov demişdir. 
Düşərgə üçün seçilmiş "Bir yer kürəsi - bir gələcək" şüarının əhəmiyyətini vurğulayan A.Petrov demişdir ki, ətraf mühitin qorunması planetimizin təhlükəsizliyinin təmin edilməsi baxımından insanların, xüsusən də gənclərin üzərinə ciddi məsuliyyət qoyur. Qəbələdə keçirilən düşərgə bu işdə gənclərin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələri üçün əlverişli imkan yaradır.
Gənc ekoloqların Qəbələ Bəyannaməsində əksini tapan prinsiplərin çox önəmli çağırışlar olduğunu deyən rusiyalı təmsilçi dünya ictimaiyyətinin bu çağırışlara cavab verməsinin vacibliyini vurğulamışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında