Əli HƏSƏNOV: Azərbaycanda "Ümummilli lider haqqında" Qanun layihəsi qəbul edilə bilər

Azərbaycanda gələcəkdə "Ümummilli lider haqqında" Qanun layihəsi qəbul edilə bilər. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir: "Ümummilli lider haqqında" Qanun layihəsinin qəbuluna dair təklif varsa, onun müzakirəyə haqqı var. İdeyanı irəli sürən insanların hər biri müəyyən intellekt sahibidir və dünyada mövcud olan bu tipli qanunlar haqqında məlumatları var".
Azərbaycanda bəzi deputatlar "Ümummilli lider haqqında" Qanun layihəsinin qəbul edilməsini təklifini irəli sürmüşlər.
Əli Həsənovun sözlərinə görə, buna rəsmi şəkildə parlamentdə münasibət bildirilə bilər: "Dövlət inkişaf etdikcə, onun daxilindəki bütün proseslərin qanuni bazaya oturdulması, onun əsasında qanunvericilik fəaliyyətinin qoyulması labüddür. Bir zamanlar Azərbaycanda sabiq prezidentlər haqqında qanun yox idi, artıq o, qəbul olundu. Siyasi partiyalar haqqında qanun deklorativ bir qanun idi, bu gün o, təkmilləşir. Qeyri-hökumət təşkilatları haqqında qanun yox idi, qəbul olundu. Mətbuat haqqında qanun müasir tələblərə cavab vermirdi, yeniləndi. Çəmiyyət, dövlət inkişaf etdikcə, bütün boşluqlar qanunvericilik təşəbbüsləri nəticəsində doldurulur və bütün fəaliyyətin əsasında qanun dayanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında