Əli Həsənov: Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə məqbul sayılmalıdır

Rəsmi Bakı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkilini məqbul sayır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend İnformasiya Agentliyinə açıqlamasında demişdir ki, Dağlıq Qarabağ probleminin həllinə yardımçı ola biləcək hər bir vasitə, o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü məqbul sayılmalıdır və alqışlanmalıdır. İstənilən fəaliyyət sonda Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırırsa, onun sülh yolu ilə həllinə şərait yaradırsa, onu dəstəkləmək lazımdır.
Noyabrın 28-də Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulmuşdur. Trend-in məlumatına görə, bu haqda ötən həftə Konstitusiya Gününə həsr olunmuş konfransda "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev açıqlama vermişdir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında