-Kərəm bəy, söhbətimizə dünyaca məşhur və mükəmməl bir imic qazanmış türk səhiyyəsi ilə tanışlıqdan başlamaq istərdim. Bu sahəni bir həkim kimi təqdimatınız maraqlı olardı...
-Sahib olduğu yüksək texnologiya və təcrübəli mütəxəssis kadrları sayəsində Türkiyə, qonşularından hər ay minlərlə xəstənin sağlamlıq turizmi üçün müraciət etdiyi, tamamilə etibarlı bir ölkədir. İstanbulda çoxlu "Joint Commission International" (JCI) tərəfindən akkreditə olunmuş xəstəxana var. Dünyada JCI xəstəxanaların sayı ən yüksək olan ölkə Türkiyədir. "Joint Commission İnternational" (JCI) "Joint Commission Resourses"in beynəlxalq hissəsi olaraq, 1994-cü ildən indiyədək 80-dən çox ölkədə səhiyyə xidmətlərinin təşkili, səhiyyə nazirlikləri və ümumdünya təşkilatları ilə birlikdə işləyir.
Ölkənin təxminən 60 tibb fakültəsində minlərlə türkiyəli və xarici tələbələrə tibb təhsili və mütəxəssislik təhsili verilir və bu kadrlar Türkiyədə müasir sağlamlıq xidmətinin keyfiyyətli insan gücünü əmələ gətirir. İstanbuldakı bütün xəstəxanalar dünya standartlarına uyğun və müasir texnoloji cihazlarla təmin edilmişdir. Bu xəstəxanalarda etibarlı və münasib qiymət normaları vardır. İndi Türkiyə sağlamlıq ilə əlaqədar olan yüksək standartları əldə etmiş, üzvlük kriteriyalarını yerinə yetirmiş olan AB-nə namizəd ölkədir. "Pfizer", "GlaxoSmithKline", "Johnson and Johnson", "Sanofi-Aventis", "Merci", "Novartis", "Roche" və "Astra Zeneca" kimi təxminən bütün böyük dərman firmalarının Türkiyədə bölgə mərkəzləri və istehsal müəssisələrindən başqa, yerli istehsalçıları da mövcuddur. Bütün sağlamlıq idarələrinin ehtiyacı olan qan etibarlı və yeganə qaynaqdan - "JCI"də akreditə olunmuş "Qızılay" ("Türk Qızılay") tərəfindən təmin edilir.
Avropa və Asiya qitələri arasında körpü kimi uzanan mərkəzi yerə sahib olan İstanbul, dünyanın hər nöqtəsindən qısa uçuşlarla xəstələrə asan gəliş imkanı verir. Ayrıca, İstanbulun çox mədəniyyətli və canlı atmosferası, xəstələr və xəstə yaxınları üçün etibarlı və rəngli bir şəraiti yaradır. "Check-up" müayinələr və ya gündəlik əməliyyatlardan sonra əyləncəli bir həftəsonu keçirmə şansı verir.
- Bu cür mükəmməl səhiyyə sisteminə malik olan bir ölkədə fəaliyyət göstərən "İstanbul Neyrocərrahi və Ağrı Mərkəzi" (İNKA) haqqında nə deyərdiniz?
- Ağrılar və neyrocərrahi kimi tibbin yüksək səviyyədə təcrübə tələb edən sahəsində istinad mərkəzi olma missiyasıyla işlərini davam etdirən INCA ("İstanbul Neyrocərrahi və Ağrı Mərkəzi"), müasir tibbin ən seçmə imkanlarını qiymətləndirərək beynəlxalq səviyyədə müalicə xidmətləri verməyə davam edir. Xəstə məmnuniyyətini daim ön planda tutan mərkəz təcrübə və məlumat təcrübəsi, yüksək səviyyədə tibb texnologiyaların tətbiqi ilə diqqət çəkir. Arkanzas Universitetinin Neyrocərrahiyə və Kirişimsel Radyologiya Mərkəzi, "Darthmouth Hitckock Neyrocərrahiyə və Ağrı Mərkəzi", "Rochester Mayo Klinic Hərəkət Pozuqluğu Mərkəzi", Florida Cleveland Klinic "Hərəkət Pozuqluğu Mərkəzi ilə əlaqələndirilmiş olaraq işləyən INCA-nın bunlarla yanaşı Arkanzas Neyrocərrahiyə Mərkəzi ilə kadr mübadiləsi vardır.
Neyrocərrahiyə beyin, onurğa iliyi, onurğa və bütün bədən qisimlərində (əllər, ayaqlar qollar, üz) iştirak edən sinirləri əhatə edən bütün sinir sistemi və bu sistem xəstəliklərinin diaqnoz və müalicəsi ilə maraqlanan bir ixtisas sahəsidir. İntizam, səbir və uyğunlaşma prinsipləri altında qurulmuş olan İNCA-da beyin, onurğa iliyi və periferik sinir sisteminə istiqamətli bütün kompleks xəstəliklərə diaqnoz qoyulması, cərrahi xarici müalicələr və cərrahı müdaxilələr gənc, dinamik, beynəlxalq təcrübəyə sahib uzman qrupları tərəfindən həyata keçirilir.
-Mərkəzdə həyata keçirdiyiniz işlər barədə nə deyə bilərsiniz?
-Mərkəzimizdə beyin, onurğa iliyi və periferik sinir sisteminə istiqamətli bütün kompleks xəstəliklərə diaqnoz qoyulur və ən müasir cərrahi əməliyyatlar və müalicələr həyata keçirilir.
İNCA-da məqsədimiz xəstələrimizin mümkün qədər ənənəvi üsullarla müalicə edərkən, stansiya və periferik sinir sistemi xəstəliklərində cərrahi müalicə lazım bilinən yeni və yüksək texnologiyanı istifadə və tətbiq etməkdir. Neyrocərrahiyədə multidisipliner yanaşma və texnologiyanın da maksimum ölçülərdə istifadə edilməsi ilə yanaşı, anatomiya məlumatı və yüksək səviyyəli mikrocərrahi təcrübəyə də laqeydlik edilməməlidir.
-Azərbaycana gəlişinizi, burada iş qurmaq niyyətinizi alqışlayır və uğurlar diləyirik.
-İlk növbədə qardaş Azərbaycandan bizə olan yüzlərcə müraciəti nəzərə aldıq. Xəstələrlə daha yaxın təmasda olmaq üçün bura gəlişim mütləq idi. Digər tərəfdən ölkənizdəki inkişaf, xüsusən də səhiyyədəki uğurlar, çox müasir xəstəxanalar və onların mükəmməl və olduqca müasir avadanlıqlarla təchizatı son dərəcə önəmli hadisədir. Digər tərəfdən, bu çox müasir tibb qurğuları ilə işləmək üçün kadrlar, işi mükəmməl bilən kadlar lazımdır. Azərbaycanın inkişaf edən bir ölkə kimi bahalı avadanlıqları almağa imkanı çatır, amma kadrların, xüsusən tibb və həkim kadrlarının yetişməsi üçün onillər lazımdır. Böyük fərəh hissi ilə deyilməlidir ki, bu sahədə ölkə Prezidenti İlham Əliyev qlobal işlər aparır və bu tendensiya uğurla davam etdirilməkdədir. Bütün bunlar Azərbaycanın ümidli və böyük gələcəyindən xəbər verir. Məhz bu ümidlərlə də qardaş ölkəyə-Azərbaycana gəldik. Hazırda "Bakı Medikal Plaza" da xəstələri qəbul edir, onlara ilkin köməkliklərimizi edir, məsləhətlər veririk. Az da olsa əməliyyatlar da aparmışıq, çox uğurlu alınıb. Daha ciddi fəsadları olanları "İstanbul Neyrocərrahi və Ağrı Mərkəzi"nə dəvət edirik. İstanbulda biz xəstələrimizə çox aşağı qiymətlərlə yardımçı oluruq, amma yol və digər həyat xərcləri də nəzərə alınanda bu rəqəmlər artır. Ona görə də ən yaxın vaxtlarda biz bütün işləri burada həyata keçirmək üçün böyük planlaşdırma aparırıq. Əminəm ki, bu cəhdlərimiz bütün xəstələrimizə böyük müjdə olacaq.
-Sizə uğurlar arzulayırıq.
Müsahibəni apardı: Namiq QƏDİMOĞLU, "Xalq qəzeti" nin müxbiri
{nl}
P.S. Dr. Kərəm Bıkmazın Bakıdakı iş rejimi haqqında bildiririk ki, o, hər ay "Bakı Medikal Plaza"da xəstələri qəbul edir. Əlavə məlumat üçün "BAKU MEDICAL PLAZA"ya müraciət etmək olar. Ünvan: Bakı şəh, Xətai rayonu, Babək prospekti, 92 Tel: (012) 909; (012) 375-06-01; (012) 375-06-02. Koordinator: Elza Allahverdiyeva, tel: 055 491- 22- 66
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.