A.LUKAŞEVİÇ: Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasına qoşulmasını alqışlayır

"Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasına qoşulmasını alqışlayır". Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bu fikri Moskvada keçirilən brifinqdə söyləmişdir.
Onun sözlərinə görə, bu məsələnin BMT Təhlükəsizlik Şurasında necə həll edilməsi bizim də bu istiqamətdə apardığımız işin göstəricisidir. Bu hadisə ölkələrimiz üçün hansı dividendləri gətirə bilər sualını şərh edən A.Lukaşeviç demişdir: "Bu məsələ Azərbaycanın BMT Təhlükəsizlik Şurasında və bütövlükdə BMT-də işinin prioritetləri ilə bağlıdır".
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç sonda demişdir: "Mənim bildiyimə görə, azərbaycanlı həmkarlarımız ölkələrimizin xarici işlər nazirlikləri xətti ilə məqsədyönlü məsləhətləşmələr aparmağın mümkünlüyü ilə maraqlanırlar və biz bu təcrübəni məmnuniyyətlə bölüşməyə hazırıq".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında