ABŞ-ın veteran analitiki: "Azərbaycan Dağlıq Qarabağ problemini BMT Təhlükəsizlik Şurasının gündəminə gətirə bilər"

"Azərbaycanın BMT-nin beynəlxalq sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan ən ali orqanına üzv seçilməsi mühüm hadisədir" 
"Azərbaycan Dağlıq Qarabağ problemini BMT Təhlükəsizlik Şurasının gündəminə gətirə bilər, ancaq bunun üçün doğru zamanın seçilməsini müzakirə etmək lazımdır". Bunu ABŞ-ın Orta Şərq və Avrasiya Təhlükəsizlik Məsələləri üzrə analitiki, Tennessi Texnologiya Universitetinin siyasi elmlər üzrə professoru Maykl Günter APA-nın Vaşinqton müxbirinə açıqlamasında demişdir.
O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin mühüm hadisə olduğunu bildirmişdir: "Bu çox önəmli addımdır. Çünki Təhlükəsizlik Şurası BMT-nin beynəlxalq sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan ən ali orqanıdır".
Veteran analitik inanır ki, Azərbaycan BMT TŞ-nin üzvü olmaqla, ən ali şuraların sülh və müharibə məsələləri üzrə fəaliyyətlərinə öz töhfəsini verəcək: "Belə bir mövqe ehtiyatlı və ağıllı siyasət tələb edir, həmçinin Azərbaycana Dağlıq Qarabağ və İslam məsələləri ilə bağlı mövzulara beynəlxalq siyasətdə daha ciddi diqqət cəlb etməyə imkan yaradır".
Professor ümid edir ki, Qərb gücləri Rusiya və Çin də daxil olmaqla, Azərbaycan kimi müasir İslam dövlətinin dünyada sülh və sabitliyin qorunması, eyni zamanda, qlobal məsələlərdə vaxtaşırı gərginliklərə səbəb olan yoxsulluq və ədalətsizlik kimi problemlərin həlli istiqamətində fəaliyyətini yüksək qiymətləndirəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında