Bəzi media orqanlarının insanların şərəf və ləyaqətinə sayğısız münasibəti "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul edilməsinə hələlik imkan vermir

Azərbaycan mediası "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasına hazır deyil. Bu barədə cümə günü "Trend"ə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir. O, qeyd etmişdir ki, "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunması jurnalistləri cinayət məsuliyyətindən azad edir, lakin mülki məsuliyyət, inzibati məsuliyyət qalır. Administrasiya rəsmisi demişdir: 
"Azərbaycan jurnalistlərinin məhkəmələrin qərarlarına hörmətsizlik nümayiş etdirməsi, demək olar ki, "reket"çiliyin, bilərəkdən insanların şərəf və ləyaqətlərinin təhqir olunması hallarının çoxalması, media orqanlarının özünün media peşəkarlığının artırılmasına və əxlaqi prinsiplərin qorunmasına ciddi cəhd göstərməməsi onu deməyə əsas verir ki, bu qanunun qəbuluna Azərbaycan mediası hazır deyil"...
Bu sahədə iş gedir və media ictimaiyyəti də, Mətbuat Şurası da bu sahədə iş aparır. Amma hələ ki, Azərbaycanda insanların şərəf və ləyaqətinə media orqanlarının çoxu tərəfindən sayğısız münasibət müşahidə olunur. Belə şəraitdə "Diffamasiyadan müdafiə haqqında" qanunun qəbul olunmasını mən şəxsən məqsədəuyğun hesab etmirəm".
"Diffamasiyadan müdafiə haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanmışdır. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında