Azərbaycan diplomatiyasının təntənəsi

Xalqımız əsl bayram əhval-ruhiyyəsindədir. Xəbər verildiyi kimi, ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə seçkilərdə parlaq qələbə qazanaraq öz tarixinə daha bir şanlı səhifə yazdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət Azərbaycanın dünya miqyasındakı nüfuzunu daha da yüksəltmiş, mövqelərini möhkəmləndirmişdir. Artıq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu seçkidə ölkəmizə dünyanın 155 ölkəsi etimad göstərib. Bu parlaq qələbə hər bir azərbaycanlını qəlbən sevindirir və fərəhləndirir.Əməkdaşımız Milli Məclisin bir neçə deputatı ilə görüşərək ölkəmizin qazandığı bu tarixi qələbə ilə əlaqədar münasibətlərini bildirməsini xahiş edib.

{nl}

Musa QASIMLI, Milli Məclisin deputatı, professor:
- Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi, heç şübhəsiz dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu, möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla həyata keçirilən xarici siyasətimizin uğurudur. BMT Təhlükəsizlik Şurasına üzv olmaqla Azərbaycan Respublikası yeni imkanlar qazanacaq. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artmasını bir daha təsdiqləyir, çoxtərəfli və ikitərəfli diplomatiyanın həyata keçirilməsində əlavə imkanlar əldə edəcək, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.
Azərbaycanın bu təşkilata üzv seçilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Hər şeydən əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasında söz sahibi olacaq, bu təşkilatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün əlavə imkanlar qazanacaq. Bundan başqa ölkəmizin BMT çərçivəsində əlaqələri daha da genişlənəcək və Azərbaycanın dostlarının sayı artacaq. Mən bu uğuru Azərbaycan diplomatiyasının təntənəsi hesab edirəm.

{nl}

Fəzail İBRAHİMLİ, Milli Məclisin deputatı, professor:
- Təbii ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması ölkəmizin ən şərəfli, ən diqqətçəkən, deyərdim ki, vaxtilə bizim üçün əlçatmaz hesab edilən zirvənin fəthidir. Birləşmiş Millətlər Təşkilatında bu seçim sadəcə olaraq hər hansı bir dövlətin fərdi qaydada qəbulu deyil, böyük bir səsvermənin nəticəsidir. Azərbaycanın apardığı iqtisadi, siyasi və digər sahələrdəki islahatları, beynəlxalq aləmdə söz sahibi olması, regionda güclü, qüdrətli dövlətə çevrilməsi, enerji sisteminə təsiri, ən önəmlisi isə demokratik proseslərin Avropa qayəsinə uyğun aparılması səsvermə zamanı qələbəyə doğru aparan əsas amillərdən idi.
Vaxt var idi ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının müəyyən iclaslarında gündəmdə olan zaman kənardan bir dinləyici kimi müşahidə edirdik. İndi isə artıq bu prosesin iştirakçısı olacağıq. Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında bu məsələ böyük rol oynayacaq. Bundan sonra Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibinə çevriləcək.
Azərbaycanın belə bir mötəbər təşkilata üzv seçilməsi ölkəmizin apardığı xarici siyasətin uğurlu addımlarından biri və qələbəsidir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında