Azərbaycan diplomatiyasının tarixi qələbəsi

Bu günlərdə ölkəmizin həyatında daha bir tarixi hadisə baş verdi. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bu günə kimi bir-birinin ardınca əhəmiyyətli hadisələr baş vermişdir. Lakin dünən aldığımız şad xəbər dünya geosiyasətində oynadığımız rol baxımdan daha əhəmiyyətlidir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycanın həyata keçirdiyi xarici siyasətin qazandığı ən parlaq qələbələrindən biridir. Ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, ziyalıları diplomatiyamızın tarixi qələbəsini yüksək qiymətləndirirlər.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov əməkdaşımızla söhbət zamanı dedi:
- Mən Azərbaycan diplomatiyasının əldə etdiyi bu əzəmətli tarixi qələbə münasibəti ilə xalqımızı təbrik edirəm. Azərbaycanın nə qədər gənc dövlət olaraq dünyanın ən mötəbər təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin həyata keçirdiyi siyasətə beynəlxalq aləmin verdiyi yüksək qiymətdir. Bununla Azərbaycan dünya siyasətində, beynəlxalq aləmdə özünün mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini bir daha ortaya qoydu. Hesab edirəm ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun xeyli dərəcədə fəallaşmasına və bundan sonra yüksək səviyyədə artmasına gətirib çıxaracaqdır.
Eyni zamanda mən ümid edirəm ki, Azərbaycanın BMT-də bu statusa gəlib çatması Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində də aparılan diplomatik səylərin əhəmiyyətini artıracaqdır. Bu da nəticə etibarilə Azərbaycanın itirilmiş torpaqlarının geri qaytarılmasına gətirib çıxaracaqdır. Azərbaycan terrora məruz qalmış ölkələrdən biri kimi, güman edirəm ki, beynəlxalq aləmdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi terrorizmə qarşı mübarizənin daha səmərəli şəkildə aparılmasına da öz töhfəsini verəcəkdir. Hesab edirəm ki, bütövlükdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dünya siyasətində də terrorizmə qarşı mübarizə aparılmasında böyük rol oynayacaq.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında