Yuri BULATOV: Biz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu Prezident İlham Əliyevin uğurları ilə fəxr edirik

"Bakı Beynəlxalq Humanitar Forumu çox maraqlı və səmərəli oldu". Bu sözləri Humanitar Forumun iştirakçısı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) (MDBMİ (U)) beynəlxalq münasibətlər fakültəsinin dekanı, professor, tarix elmləri doktoru Yuri Bulatov AzərTAc-ın müxbirinə müsahibəsində demişdir.
Yuri Bulatov demişdir: "İki gün davam edən Forumda səslənən çıxışlar çox məzmunlu oldu. Maraqlı və səmərəli diskussiyalar hətta forumun və seksiyaların keçirildiyi zallardan kənarda da davam edirdi. Çox xoşagələn haldır ki, biz multikulturalizm barədə danışırıq və fikir plüralizmi vardır. Bu, bizi çox zənginləşdirir. Forumun gedişində əldə etdiyim informasiya əsasında real material yaranır. Gələn həftə mən həmin materialı MDBMİ-nin tələbə auditoriyasına çatdıracağam, bu tədbir barədə ustad dərsi keçəcəyəm. Bu, həqiqətən nadir tədbir idi. Adətən, hər hansı beynəlxalq forumun təşkilatçısı bir dövlət olur. Bu tədbirin təşəbbüskarları isə iki dövlət - polietniklik, polikonfessionallıq sahəsində nadir təcrübəyə malik olan Azərbaycan və Rusiya idi.
Yeri gəlmişkən, forumun seksiyalar üzrə işlədiyi ikinci gün çıxış edənlərin çoxu deyirdi: "Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək bizim üçün çox xoşdur". Hamı bilir ki, bu mövzu hökmən davam etdiriləcəkdir və ümumiyyətlə, birinci forum dünya birliyində, qlobal dünyada baş verən mürəkkəb hadisələr barəsində ciddi dialoqun başlanğıcıdır.
Sağ olsun Azərbaycan, sağ olsun bu ölkənin rəhbərliyi, bu forumun təşkilində iştirak edənlərin hamısı sağ olsun. Bizə göstərilən qonaqpərvərliyə, səmimi qəbula və bu cür qeyri-formal şəraitə görə sağ olsunlar. Diskussiyalarda təkcə bu forumun nümayəndələri deyil, aspirantlar, doktorantlar, hətta tələbələr də fəal iştirak edirdilər.
Mən çoxdan Bakıda olmamışdım, bundan əvvəlki səfərimdən sonra uzun fasilə yaranmışdı. Lakin Azərbaycanda baş verən böyük dəyişiklikləri Moskvadan diqqətlə izləyirəm. Bu dəyişikliklər ilk növbədə Azərbaycandan MDBMİ-yə təhsil almağa gələnlərin keyfiyyətinin yaxşılaşmasında özünü göstərir. Keçmiş tələbələrimin hazırda məsul vəzifələr tutduğunu görəndə çox sevindim. Onlar forumun təşkilində, o cümlədən Prezident protokolunda fəal iştirak edirdilər.
Azərbaycan Prezidenti haqqında isə ayrıca danışmaq istərdim. Mən sizin Prezidentə baxanda qanuni qürur hissi keçirirəm. Bəli, İlham Əliyev sizin Prezidentinizdir, bizə isə ən xoş gələn budur ki, o, MDBMİ-nin Beynəlxalq Münasibətlər Fakültəsini bitirmişdir. Onun çıxışı iki gün davam edən konfransın ruhunu, həm forumun gedişində, həm də perspektiv üçün vəzifələri müəyyən etdi.
Əlbəttə, Bakı fantastik şəhərdir və o, çox dəyişmişdir. Bu şəhər Avrasiyanın və hətta müəyyən dərəcədə Avropanın mərkəzi sayıla bilər. İnsanların əhvalı, inkişaf perspektivləri həmişə uşaqlara görə müəyyən edilir. Mən dənizkənarı bulvarda bir qədər gəzişməyə vaxt tapdım. Oradakı uşaqlara, onların şən çöhrələrinə baxdım. Bu uşaqların üzündəki təbəssüm, ilk növbədə, Azərbaycanın iqtisadi artımı və davamlı inkişafının rəmzidir. Biz Azərbaycanın uğurlarına çox sevinirik. İrəli, Azərbaycan!
Heydər Əliyev Fondunun humanitar əlaqələrin möhkəmlənməsinə töhfəsini xüsusi qeyd etmək istərdim. Fondun fəaliyyəti olduqca dəyərlidir, xüsusən ona görə ki, bu fond böyük Heydər Əliyevin adını daşıyır. Şəxsən mənim nəzərimdə Heydər Əliyev sadəcə ümummilli lider deyil, o, beynəlxalq səviyyəli və çox genişmiqyaslı meqaliderdir. Bu insan uzun müddət Sovet İttifaqının problemləri ilə, o cümlədən təhsil problemləri ilə məşğul olmuşdur. Onun irəli sürdüyü, qarşıya qoyduğu məsələlərin çoxu bu gün bizim ali məktəbdə də uğurla həyata keçirilir. Buna görə Heydər Əliyev bizim üçün doğma adamdır, Rusiyada ona böyük ehtiram bəsləyirlər. Mən onun portretlərinə məmnuniyyətlə baxır, şəhərdə onun haqqında deyilənlərə diqqət yetirirdim. Biz, bir tərəfdən bu insanın qarşısında baş əyirik, digər tərəfdən mənə elə gəlir ki, bu insan bizim aramızdadır. Müasir Azərbaycanın daxili və xarici siyasətində onun ruhu hiss edilir, bu ruh Rusiya ilə Azərbaycan arasında münasibətləri möhkəmlədir".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri Foto İqor Lileyevindir
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında