Stanislav BUKA: Azərbaycan böhran dövründə iqtisadiyyatın coşqun inkişafı ilə öyünə biləcək az sayda dövlətlərdən biridir

Baltik Beynəlxalq Akademiyası (BBA) Baltikyanı ölkələrdə ən yaşlı özəl ali məktəblərdən biridir. Bu il onun 20 yaşı tamam olur. Bununla əlaqədar AzərTAc-ın müxbiri BBA Senatının sədri, professor Stanislav Bukadan müsahibə almışdır. 
S.Buka bu ali məktəbin spesifikası barədə sualın cavabında demişdir: "Hazırda bizim akademiya Avropa İttifaqının rus, latış və ingilis dillərində təklif etdiyi çoxsaylı tədris proqramları və əcnəbi tələbələrin sayı ilə fərqlənir. Dünyanın 22 ölkəsindən olan bu tələbələr onların akademik mobilliyi nəzərə alınmaqla Erazmus mübadilə proqramı üzrə təhsil alırlar. Biz Avropa İttifaqının üzvü olan ölkələrin universitetləri ilə mübadilə barədə 80-dən çox saziş bağlamışıq".
Professor deyir: "Avropa İttifaqına daxil olmayan ölkələrdən olan tələbələr üçün də xoş xəbər var: həmin ölkələrdən olan tələbələr bu ildən etibarən Avropa İttifaqının vəsaitləri hesabına xarici dövlətlərin universitetlərində təhsil ala bilərlər".
Akademiyanın 16 min məzunu dünyanın bir sıra ölkələrində işləyir. Tələbələr Erazmus proqramı çərçivəsində başqa ölkələrdə akademiyanın müvafiq müqavilələr bağladığı firma və təşkilatlarda praktika keçməyə də göndərilir. Tələbələr təhsil almaq istədikləri universiteti özləri seçə bilərlər.
Akademiyanın bir fərqləndirici cəhəti də onun ən müasir maddi-texniki bazasıdır. Latviyada akademiyanın 7 filialı fəaliyyət göstərir. Professor deyir: "Bizim mədəni həyatımız çox rəngarəngdir. Tələbələrin Bi Art Qalereyası ildə 25-30 sərgi təşkil edir. Akademiyada Avropa İttifaqının Alman İnformasiya Mərkəzi, habelə "Rus dünyası" Fondu fəaliyyət göstərir.
Bu yaxınlarda Azərbaycanın Latviyadakı səfirliyi ilə akademiyada Azərbaycan Mərkəzinin açılması barədə danışıqlar aparılmışdır, çünki hazırda bu ali məktəbdə Azərbaycandan gəlmiş 50-yə yaxın tələbə təhsil alır. Bu il 20-yə yaxın azərbaycanlı tələbə bizim akademiyaya daxil olmuşdur, lakin qəbul hələ davam edir. Bizim akademiyaya daxil olan azərbaycanlı tələbələr əsasən iki ixtisas seçirlər: avropaşünaslıq, beynəlxalq münasibətlər və politologiya, bir də biznes idarəçiliyi.
Prezident İlham Əliyevin Latviyaya səfəri zamanı əldə edilmiş razılaşmaya əsasən, bu il BBA və Latviyanın bəzi başqa ali məktəbləri azərbaycanlı gənclərin xaricdə təhsili proqramına qoşulmuşlar. Akademiya da öz növbəsində, Azərbaycanın Latviyadakı səfirliyi və Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq şəraitində Latviya tərəfindən asılı olan bütün işlərin tezliklə görülməsinə kömək etmişdir.
S.Buka Azərbaycan ali məktəbləri ilə BBA-nın əməkdaşlığı mövzusuna toxunaraq qeyd etmişdir ki, Akademiya Azərbaycanın Texniki və İqtisad universitetləri ilə müqavilə bağlamışdır. Bu il yayda İqtisad Universitetinin bir qrup tələbəsi Riqaya gəlmişdir. S.Buka deyir: "Bizdə belə bir praktika vardır: biz maliyyə idarəçiliyi proqramı ilə əlaqədar beynəlxalq yay tələbə məktəbləri keçiririk. Bu, real təhsil idi, tələbələrə Latviyanın maliyyə və bank sistemlərinə aid mühazirələr oxuyurdular".
Hazırda bir sıra sosial-humanitar proqramı olan Bakı Slavyan Universiteti ilə müqavilə imzalanmasına dair danışıqlar aparılır. Professor deyir: "Bu il aprel ayında Bakda "Turizm və səyahətlər" mövzusunda beynəlxalq sərgidə iştirak etmişəm. Həmin dövrdə mən Bakı Slavyan Universitetinin rəhbərliyi ilə də görüşərək orada fəaliyyət göstərən milli mərkəzlərlə tanış olmuşam".
Akademiya Azərbaycanın ali məktəblərdən fərqli təşkilatları ilə də əməkdaşlıq edir. S.Buka deyir: "Bu yaxınlarda Azərbaycan Auditor Palatası ilə ixtisasartırma sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır, çünki bizim Akademiyanın bazasında Beynəlxalq Mühasiblər və Maliyyə Auditorları Assosiasiyasının sertifikatlarını verən mərkəzlər vardır. Bu, mənzil-qərargahı Londonda yerləşən ümumavropa sistemidir. Həmin sistemin mərkəzlərindən biri bizdədir".
Azərbaycanın Baltik Beynəlxalq Akademiyası ilə əməkdaşlığının perspektivləri haqqında suala S.Buka belə cavab vermişdir: "Azərbaycan bizim üçün maraqlı ölkədir. Əvvələn oradan bizə tələbələr gəlir. İkincisi, Azərbaycan böhran dövründə iqtisadiyyatın coşqun inkişafı, sosial sahədə məktəblər tikilməsi, şəhərlərin infrastrukturunun modernləşdirilməsi ilə öyünməyə haqqı olan keçmiş SSRİ respublikalarından biridir. Enerji resurslarının bir qismi Latviyanın ərazisindən keçir. Təbii ki, o, enerji resursları nəqlinin genişləndrilməsində maraqlıdır. Bu, bizim tələbələr üçün də kifayət qədər əhəmiyyətlidir. Bizdə regional iqtisadiyyat və iqtisadi siyasət üzrə doktorluq proqramı vardır. Buna görə də həmin problemlərin Cənubi Qafqaz regionunda necə həll edilməsi bizim üçün maraqlıdır. Ola bilər ki, bu məlumatlar kimisə müvafiq mövzu üzrə diplom işi yazmağa həvəsləndirər".
Professor Bakı səfərini xatırlayaraq demişdir: "Mən Bakıda iki dəfə olmuşam. Son 3-4 ildə şəhər çox dəyişmişdir. Yaraşıqlı sahil zonası, habelə saysız-hesabsız tikinti kranları daha çox yadımda qalmışdır. Sizin insanlarda gələcəyə inam hissi böyükdür".

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri
Riqa

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında