Mübariz QURBANLI: Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etmək əhəmiyyətsizdir

"Reallıq ondan ibarətdir ki, Rusiya vasitəçi olaraq Dağlıq Qarabağ münaqişənin həllinə maraq göstərir. Bunun başlıca səbəblərindən biri Rusiyanın xarici siyasətində müəyyən keyfiyyət dəyişikliyinin baş verməsidir". Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı demişdir.
M.Qurbanlı bildirmişdir ki, həmişə təzyiq dili ilə danışmaq istənilən nəticəni vermir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də yarandığı vaxtdan bəzi dövlətlərin Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməsi istənilən nəticəni verməmişdir:
"Azərbaycan ağır, çətin yol keçib, amma düzgün balans siyasəti, iqtisadi siyasət təzyiqlərə imkan verməyib. Çünki ölkəmizin siyasəti çox güclü işlənib hazırlanıb və bu da öz nəticəsini verməkdədir. Ona görə də bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadənin əhəmiyyətsizliyi üzə çıxıb. Bu münaqişədən Azərbaycana təzyiq kimi istifadə edib onu tutduğu siyasi xətdən çəkindirmək mümkün deyil. Baxmayaraq ki, 20 faiz torpağımız işğal altındadır, biz bu münaqişənin təsiri və təzyiqi ilə hansısa siyasətimizi ertələmədik, geri çəkilmədik, onu davam etdirdik".
YAP İcra katibinin müavini demişdir ki, Ermənistanın ağır vəziyyətdə olması da bəzi qüvvələri Qarabağ probleminin həllini tezləşdirməyə sövq edir: "Ermənistanın sosial-iqtisadi durumu çox bərbad vəziyyətdədir. İndiyə qədər Ermənistanı yedəyində aparan dövlət artıq vəziyyətin belə davam etməsindən narahatdır, artıq bundan bezib. Ona görə də, münaqişəni həll etməklə Ermənistanı iqtisadi baxımdan normal vəziyyətə gətirmək istəyirlər. Eyni zamanda, öncə dediyim kimi Rusiya dövlətinin xarici siyasətində keyfiyyət dəyişikliyi var. Rusiya yaxın qonşuları ilə iqtisadi maraqlar çərçivəsində siyasət quraraq onlarla təzyiq yox, əməkdaşlıq yoluna üstünlük verməkdədir.
Təbii ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaşdırlar, Prezident Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevlə yüksək münasibətləri var. Rusiya ictimai rəyində də bu münaqişənin həlli ilə bağlı müsbət rəylər formalaşmaqdadır. Bütün bunlar növbəti mərhələlərdə irəliləyişlərə nail olmaq üçün zəmin yarada bilər".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında