Erməni rejissor Georgi Vanyan: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalı, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır"

"Ermənistan hakimiyyətinin hazırkı siyasəti Azərbaycanla sülhə nail olmağa imkan vermir və buna görə bu siyasəti kökündən dəyişmək lazımdır"

{nl}

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin əsasında Ermənistan Azərbaycanın ərazi bütövlüyü prinsipini qeyd-şərsiz tanıması dayanmalı, işğal edilmiş ərazilər isə Azərbaycana qaytarılmalıdır. Bundan sonra Azərbaycan və Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların təhlükəsizliyinə və yurd-yuvalarına qayıtmaq istəyən şəxslərin qayıdışına təminat verə bilərlər".
Bu fikirləri "Georgia Online" saytına müsahibəsində erməni rejissor, "Cənubi Qafqaz inteqrasiyası: Alternativ start " ictimai birliyinin rəhbəri Georgi Vanyan söyləmişdir.
Ermənistanda tanınmış ictimai xadim olan G.Vanyan rəsmi İrəvanı öz xalqını girov saxlamaqda ittiham edib. Onun fikrincə, Ermənistan hakimiyyətinin hazırkı siyasəti Azərbaycanla sülhə nail olmağa imkan vermir və buna görə bu siyasəti kökündən dəyişmək lazımdır. Georgi Vanyan habelə Ermənistanın Rusiya ilə forpost münasibətlərinin Qərb aləmi ilə əlaqələri inkişaf etdirməyi əngəllədiyini demişdir.
Erməni rejissorun bu açıqlaması İrəvanda qalmaqala səbəb olub. Yerli gənclərin bir qrupunu təmsil edən "Susmayaq " təşkilatı erməni hüquq-mühafizə orqanlarına müraciət edərək "vətənini satmağa hazır olan" G.Vanyan barəsində cinayət işi başlamağa çağırmışdır. Qurumu daha çox Vanyanın işğal edilmiş torpaqları Azərbaycana qaytarmaq çağırışı narazı salıb. Ermənistandakı bəzi KİV-lərdədə Vanyana qarşı kampaniya başlayıb. Lakin rejissoru müdafiə edənlər də var. "Helsinki Vətəndaş Assambleyasının" Ermənistan Milli Komitəsi G.Vanyanın öz fikirlərini söyləməkdə sərbəst olduğunu bəyan etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında