Novruz MƏMMƏDOV: "Ermənilər danışıqlar prosesinə mane olmasalar, ilin sonuna kimi irəliyə addım atmaq olar"

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Gün.Az-a açıqlamasında qeyd edib ki, yenilənmiş "Madrid prinsirləri"ndə əvvəl beş rayonun azad olunması, qaçqınların və məcburi köçkünlərin oraya qayıtması, iki rayonun - Laçın və Kəlbəcərin 5 il müddətində azad olunması, Laçın dəhlizinin parametrlərinin müəyyən edilməsi, müşahidəçilərin oraya gətirilməsi və onların nizam-intizam yaratması, nəhayət, son mərhələdə - məcburi köçkünlərin hamısının ora dönməsindən sonra Dağlıq Qarabağın statusu ilə bağlı razılığın əldə edilməsi və bu arada isə Dağlıq Qarabağa keçid, aralıq deyilən statusun verilməsi məsələsindən söhbət gedir.
Ermənilərin hər zaman Helsinki Yekun Aktında öz əksini tapan xalqların öz müqəddəratını təyin etməsi prinsipini əldə rəhbər tutması məsələsinə toxunan N.Məmmədov onların bu məsələni qəsdən yanlış və təhrif olunmuş şəkildə təqdim etdiklərini deyib:
"Bu aktda əks olunan xalqların öz müqəddəratını təyin etməsi prinsipi ilə ərazi bütövlüyünün təmin olunması məsələsi bir-biri ilə ziddiyyət təşkil etmir. Əgər bu akt qəbul olunandan sonra hər bir müqəddərat dövlətin ərazi bütövlüyünü pozacaqdısa, onda gərək Avropada, elə Asiyada əlavə yenidən 500 dövlət yaranaydı. Müxtəlif ölkələrdə onlarla etnik qruplar, milli azlıqlar öz müqəddəratlarını bu və digər formada müəyyən ediblər. Bu, dünyada olan praktikadır. Yəni, heç bir yerdə mövcud da deyil ki, harada bir etnik azlıq varsa, o, ayrıca dövlət qurmalıdır. Bu, düzgün deyil".
N.Məmmədov onu da deyib ki, erməni xalqı öz müqəddəratını artıq bir dəfə həll edib.
"Harada 50-60 min erməni varsa, indi onlar gedib özlərinə bir dövlət qurmayacaqlar ki? Bu baxımdan, əgər indi onlar danışıqlar prosesinə maneçilik törətməsələr, ilin sonuna kimi irəliyə bir addım atmaq mümkündür. Əgər Ermənistan rəhbərlərinin də iradəsi varsa, onlar bu münaqişənin həllində maraqlıdırlarsa, vaxt uzatmaq istəmirlərsə, o zaman irəliləyiş əldə edilə və ən azı baza prinsipləri ilə mühüm sənəd ortaya qoyula bilər" - deyə, N.Məmmədov qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında