TBMM üzvü: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsə, parlamentdə sərhədlərin açılması barədə qərar qəbul olunmasına imkan verməyəcəyik"

APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvü Sinan Oğan Bakıda jurnalistlərə açıqlamasında deyib. 
Son zamanlar yenidən bəzi mətbuat orqanlarında sərhədlərin açılacağına dair məlumatların yer aldığını qeyd edən TBMM üzvü bəzi qüvvələrin sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmək istədiklərini söyləyib: "Lakin mən qətiyyətlə deyə bilərəm ki, sərhədlər o zaman açılacaq ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkiləcək, Türkiyəyə yönəlik əsassız iddialarından vaz keçəcək. Bu olmasa, biz Türkiyə parlamentində sərhədlərin açılması barədə qərar qəbul olunmasına imkan verməyəcəyik".
S. Oğan millət vəkili kimi fəaliyyəti dövründə Türkiyədə yaşayan 3 milyona yaxın azərbaycanlının hüquqlarını müdafiə edəcəyini, Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə, parlamentlərarası əlaqələrin genişlənməsinə çalışacağını bildirib. TBMM üzvü digər ölkələrin parlament nümayəndələri ilə keçirəcəkləri görüşlərdə də Azərbaycan, Qarabağ mövzusunu gündəmə gətirəcəklərini vurğulayıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə Sinan Oğan Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında