Əli HƏSƏNOV: Bakı beynəlxalq vasitəçilik səylərindən çox məyus olub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın nüfuzlu "The New York Times" qəzetinə müsahibə verib. O, müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cari vəziyyətə münasibət bildirib.

{nl}

"Bizə müharibə yox, dinc yanaşı yaşamaq lazımdır. Bizə dinc inkişaf lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini heç nə əvəz edə bilməz. Lazım gəlsə, biz ərazi bütövlüyümüz uğrunda canımızı da verməyə hazırıq", - deyə Əli Həsənov bəyan edib.
Onun sözlərinə görə, Bakı beynəlxalq vasitəçilərin səylərindən çox məyus olub."ABŞ, Fransa və Rusiya vədlərini yerinə yetirmirlər. ABŞ hesab edir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi kimi regional münaqişələrdənsə Əfqanıstan, İraq, habelə Şimali Afrika və Avropada raketdən müdafiə sistemləri daha vacibdir".
"The New York Times"-ın Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumat verilən "Azərbaycanla Ermənistan arasında "dondurulmuş münaqişə" qaynamağa başlayır" sərlövhəli məqaləsində bildirilir ki, 1990-cı illərin əvvəlindən Azərbaycan öz sərhədləri daxilində mövcud olan Dağlıq Qarabağ üzərində nəzarəti bərpa etməyə və müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıları geri qaytarmağa çalışır. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilib və həmin ildən etibarən Azərbaycan rəsmiləri beynəlxalq vasitəçilərin səyi ilə Ermənistanla danışıqlar aparırlar.
Daha sonra məqalədə deyilir: "Bu ay tərəflərin Rusiyanın Kazan şəhərində baş tutacaq növbəti görüşü xüsusilə diqqət mərkəzində olacaq. Amma bu istiqamətdə uğur əldə edilməsi şansı azdır və insanların səbri tükənib".
Dağlıq Qarabağ münaqişəsinin donunun açılmamasının bir səbəbi də tərəflərdən heç birində müharibəyə başlamaq üçün stimulun olmamasıdır. Ermənistan həmin ərazilərə nəzarət edir, ona görə də status-kvonu saxlamaqda maraqlıdır. Azərbaycan irəliləyiş üçün geniş imkanlar görmür. Əslində Azərbaycan Dağlıq Qarabağdan erməni qoşunlarını çox asanlıqla qova bilərdi. Lakin Rusiya Cənubi Osetiyada olduğu kimi, regional müdafiə üzrə müttəfiqi olan Ermənistana da öz ordusunu köməyə göndərə bilər.
Məqalə müəllifinin fikrincə, şərait isə tədricən də olsa təhlükəli istiqamətdə dəyişir. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar ötən il uğursuzluğa düçar oldu, tərəflər "baza prinsipləri haqqında Saziş"i beş ildir ki, imzalaya bilmirlər. Hər iki ölkə öz hərbi gücünü fəal surətdə artırır. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, daha zəngin olan Azərbaycan 2003-cü ildən bəri öz müdafiə xərclərini 20 dəfə artırıb. Narazılıq güclənir, danışıqlar prosesi ilə bərabər müharibə təhdidləri səslənir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında