Britaniya-Azərbaycan parlament qrupunun sədri: Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı görürük

Böyük Britaniya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığı görürük.
Bu sözləri jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field demişdir.
M. Field Azərbaycanda böyük işlər görüldüyünü, iqtisadiyyatın çox sürətlə inkişafının şahidi olduqlarını bildirmişdir: "Biz burada yalnız əməkdaşlığın iqtisadi tərəfini görmürük. Əməkdaşlığımızın mədəni, siyasi tərəfini də, yəni, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı görürük. Burada gördüklərimiz barədə biz Böyük Britaniya parlamentində həmkarlarımızla bölüşəcəyik".
Gələcəkdə Böyük Britaniya parlamentinin daha böyük nümayəndə heyətinin Azərbaycana səfərlər edəcəyinə ümid etdiklərini deyən M.Field vurğulamışdır ki, eyni zamanda biz gözləyirik ki, Azərbaycanın iş adamları, siyasi xadimləri də mütəmadi olaraq Böyük Britaniyaya səfərlər etsinlər. Bu səfərlər əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında