Qing-Li Hu: Bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər

Azərbaycan paytaxtında keçirilən bu sessiya dünyada mövcud olan qlobal problemlərin həllinə təkan verə bilər. 
Bu sözləri YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin üzvü, Şanxay Sizyatun Universitetinin professoru Qing-Li Hu demişdir.
Qing-Li Hu vurğulamışdır ki, YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyasının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Qonaq bildirmişdir ki, tədbirdə planetimizin müxtəlif nöqtələrindən Bakıya toplanmış 80-ə yaxın iştirakçı 3 gün ərzində bəşəriyyəti narahat edən ciddi problemləri müzakirə edəcəkdir. Bu da onu sübut edir ki, belə vacib sessiya sayəsində dünyanı düşündürən yoxsulluq, gender problemləri və digər mühüm amillərlə bağlı məsələlər həll oluna bilər.
Qing-Li Hu Bakıda belə bir möhtəşəm tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını demişdir. O, bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında