Fuad Ələsgərov: 8 nəfər komissiya tərəfindən müzakirə olunmadan Prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə əfv sərəncamı imzalamışdır. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Trend"in suallarına cavab vermişdir.
- Əfv sərəncamı barədə nə deyə bilərsiniz?
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi humanizm ənənələrinin davam etdirərək növbəti əfv sərəncamını imzalamışdır. Ümumilikdə əfv sərəncamı 90 nəfərə şamil olunmuşdur. Onlardan 70 şəxsin azadlıqdan məhrumetmə cəzasından, 10 şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, 2 şəxsin islah işləri cəzasından və 6 şəxsin cərimədən azad olunması, 2 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarıyadək azaldılması nəzərdə tutulur. Əfv edilənlər sırasında 8 nəfər digər dövlətlərin vətəndaşları da vardır.
- Siyahı tərtib olunarkən müraciətlər nəzərə alınmışdırmı?
- Əfv Komissiyasında 300 nəfər barədə müraciətə baxılmış, məhkumların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onların səhhətləri, ailə vəziyyətləri, cəza çəkdikləri müddətdə islah olunmaları nəzərə alınaraq yalnız 82 nəfər əfvə tövsiyə edilmişdir.
Xüsusi qeyd etmək istərdim ki, 8 nəfər komissiya tərəfindən müzakirə olunmadan cənab Prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunmuşdur.
Bunlar ABŞ səfirliyinin binası ətrafında tikililərin sökülməsi ilə əlaqədar ödənilməli olan kompensasiyaları mənimsədiyinə görə məhkum edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Eldəniz Lahıcov, Əli İnsanovun cinayət işi ilə əlaqədar korrupsiya əməllərinə görə məhkum edilmiş Fəxrəddin Abbasov, Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar Rzayev, hakimiyyət və qulluq mövqeyindən sui-istifadə edərək cinayət əməlləri törətmiş Bakı şəhər, Nizami rayonu 23-cü polis bölməsinin sabiq rəisi Müşviq Mədətov, "Realnı Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin sabiq təsisçisi və baş redaktoru Eynulla Fətullayevdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında