Avropa Parlamentinin prezidenti: "Bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə can atmalıdır"

"Mübahisəli ərazilərə dəqiq institusional mandat olmadan ayrı-ayrı səfərlər münaqişənin sülh yolu ilə nizamlanma prosesinə kömək edə bilməz"
Avropa Parlamentinin prezidenti Eji Buzekin Cənubi Qafqaz regionuna səfər ərəfəsində APA-ya müsahibəsi
- Bu həftə Cənubi Qafqaz regionuna səfər edəcəksiniz. Səfər çərçivəsində hansı məsələlər müzakirə olunacaq, kimlərlə görüşəcəksiniz?
- Səfərimin əsas məqsədi bütün tərəfləri qane edən qərarların axtarışı, ümumi evimiz olan Avropa qitəsində təhlükəsizlik və stabilliyin genişləndirilməsi və stabilliyinə nail olmaqdır. Azərbaycan parlamentində fraksiya rəhbərləri, spiker Oqtay Əsədov və prezident İlham Əliyevlə görüşəcəyəm. Bundan başqa, vətəndaş cəmiyyətinin nümayəndələri və müxalifət təmsilçiləri ilə görüşlərim olacaq.
- Mayın 3-də Brüsseldə "Euronest"in ilk iclası keçirildi. Yeni yaranmış bu strukturdan hansı gözləntiləri var? "Euronest" Avropa İttifaqı ilə Azərbaycan parlamenti arasında parlamentlərarası münasibətlərin inkişafı üçün effektiv alət rolunu oynaya biləcəkmi?
- Mən müəyyən qədər buna ümid edirəm. "Euronest" demokratik əhval-ruhiyyədə təcrübə, ideya və ümumi dəyərlər mübadiləsini hədəfləyib. Qonşularımıza yaxınlaşmaqla biz beynəlxalq arenada daha güclü oluruq. Bizim əməkdaşlığımız stabillik və çiçəklənmə prosesini möhkəmlədir. Mən "Euronest"in bu gözləntiləri doğruldacağını səbirsizliklə gözləyirəm. Bura vətəndaşların problemlərinin həll yollarını tapmaq üçün insan və ideyaların görüşdüyü canlı forum olmalıdır.
- "Euronest"in ilk iclasında çıxışınız zamanı bildirdiniz ki, bu struktur dialoq və müxtəlif məsələlərin həlli, o cümlədən "dondurulmuş münaqişələrin" həlli üçün müstəvi rolunu oynaya bilər. Sizcə, "Euronest" Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq üçün hansı köməyi göstərə bilər?
- "Euronest" Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında dialoqun qurulmasına kömək edə bilər. Biz iki ölkənin parlament üzvlərini yaxınlaşdırmaq və dialoqun əsasını qoymaq istəyirik. Biz "Şərq Tərəfdaşlığı" proqramına üzv bütün ölkələr arasında münasibətlərin möhkəmlənməsinə dəstək verməkdə maraqlıyıq.
- Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu fakt qurumun qətnamələrində öz əksini tapıb. Bununla belə AP-nin bəzi üzvləri Azərbaycan tərəfinin razılığı olmadan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edirlər. Bu kimi səfərlərə münasibətiniz necədir?
- Biz Dağlıq Qarabağı müstəqil vahid kimi tanımırıq. İnsanların harada yaşamasından asılı olmayaraq, əsas tələbatlarını unutmaq lazım deyil. Avropa Parlamenti həmişə yeni divarlar yaratmaq deyil, insanlar arasında əlaqələrin stimullaşdırılması, ticarət və səfərlərin sadələşdirilməsi, kömək əli uzatmaq siyasəti yürüdüb. Bununla belə mübahisəli ərazilərə dəqiq institusional mandat olmadan ayrı-ayrı səfərlər münaqişənin sülh yolu ilə nizamlanma prosesinə, yaxud qarşılıqlı etimadın yüksəldilməsinə kömək edə bilməz. Bütün tərəflər Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə can atmalıdır. Davamlı sülhə yol açmaq üçün real səylər göstərmək zəruridir, hər iki tərəf təxribatçı siyasətdən və ritorikadan, tarixi manipulyasiya etməkdən qaçmalıdır. Mən tərəfləri bütün tərəflərin maraqlarına cavab verən qərar qəbul etməyə çağırıram.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında