“Sosial şəbəkələrdə şər-böhtan yayanlar qanun qarşısında cavab verməlidirlər”

Müasir kompüter texnologiyaları ən çeşidli informasiyaların bir göz qırpımında ötürülməsi üçün geniş imkanlar açıb. İnternetin, ardınca sosial şəbəkələrin yaranması və sürətlə genişlənməsi özlüyündə müsbət haldır. Lakin prosesin pozitiv cəhətləri ilə bərabər, mənfi tərəfləri də üzə çıxmışdır. 
 
Belə ki, bir sıra mühafizəkar siyasi, ictimai, dini qurumlar informasiyaları manipulyasiya edir, sosial şəbəkələrin geniş təbliğat və təşviqat imkanlarından öz bəd, qərəzli niyyətləri üçün istifadə etməyə cəhd göstərirlər. Təəssüf ki, son vaxtlar belə arzuolunmaz hallar ölkəmizin informasiya məkanında da özünə yer alır. 
Bu hal ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin narahatlıq hissi doğurur. Bu barədə söz düşəndə “Ailələrə dəstək” İctimai Birliyinin sədri, Əməkdar müəllim Esmira Rəhimova bunları dedi: 
--Dərin zəka sahibləri, mütərrəqi filosoflar haqlı olaraq hesab ediblər ki, ictimai məzmun daşıyan hər bir söz, fikir, ideya cəmiyyətin inkişafı və tərəqqisinə xidmət etməlidir. İnternet yarananda buna çox sevinmişdim. Fikirləşirdim ki, internetin, sosial şəbəkələrin az qala hüdudsuz görünən imkanlarından bəhrələnib bəşəri ideyaları – sülhü, dostluğu, humanizmi təbliğ etmək olar! Bir də ümid edirdim ki, biz internetin, sosial şəbəkələrin vasitəsilə xalqımızın Qarabağ dərdindən söz açaraq, haqqın, ədalətin kimin tərəfində olmasını bütün dünyaya çatdırmağa nail ola bilərik. 
Amma, indi, çox vaxt bunun əksini görürəm. Hətta “sapı özümüzdən olan baltalar” var ki, sosial şəbəkələrdə ölkəmizə, dövlətimizə hər cür şər-böhtan yağdırırlar. Bu qara fikirli insanlar sözün məsuliyyətini başa düşmürlər. Əlbəttə, bunlar bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir ziyalı xanım kimi məni də çox narahat edir. 
Müstəqil Azərbaycan dövləti gəncdir. Bizim uğurlarımızı həzm edə bilməyən qüvvələr var. Hesab edirəm ki, sosial şəbəkələrdə şər-böhtan yayanlar öz hərəkətlərinə görə qanun qarşısında cavab verməlidirlər. 
Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında