Döyüşçü veteranlar adından möhtərəm Prezidentimizə minnətdarlığımızı bildirirəm

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Bu hadisə ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri arasında dərin razılıq hissi ilə qarşılanıb. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri, Əfqanıstan və Qarabağ müharibələri veteranı Sərraf Orucov bu barədə danışarkən dedi: 
 
– Mən tədbiri televiziya vasitəsilə böyük maraqla izlədim. Dövlətimizin başçısı görüşdə parlaq, dərin məzmunlu çıxış etdi. Dedi ki, Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunur. Dövlət bu mənzilləri satın alıb və həmin ailələrə hədiyyə edir. Eyni zamanda, onlara 136 minik maşını da verilir. Möhtərəm Prezidentimiz sonra qeyd etdi ki, ölkəmizdə son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. 
Mən inanmıram ki, dünyada ikinci elə bir ölkə ola ki, şəhid ailələrinə, müharibə əlillərinə Azərbaycandakı qədər qayğı göstərsin. Bəli, bu gün Azərbaycanda sosial siyasət prioritet məsələlərdən biridir. Dövlətimizn siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun qayğı və problemləri dayanır. 
Bu gün hər şey göz qabağındadır. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətini uğurla davam etdirərək, hazırda sosial qayğıya ehtiyacı olan insanlara diqqət və qayğı göstərməkdə davam edir.
Mən Əfqanıstan və Qarabağ müharibələri veteranıyam. Neçə illərdir ki, Beynəlmiləlçi Əlil Döyüşçülər Fonduna rəhbərlik edirəm. Əlbəttə, hamı kimi, mən də möhtərəm Prezidentimizə müharibə əlillərinə, şəhid ailələrinə göstərdiyi böyük və təmənnasız qayğıya görə sonsuz minnətdarlığımı bildirirəm. 
 
Söhbəti qələmə aldı: 
M.HACIXANLI,
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında