Metroda gediş haqqının artırılması zəruri addımdır

Tarif (qiymət) Şurasının metroda, avtobus marşrutlarında qiymət dəyişikliyini zəruri addım kimi qiymətləndirirəm. Fikrimi əsaslandırmaq üçün diqqəti metro xidmətinə yönəltmək istərdim. Yeri gəlmişkən, deyim ki, hər gün işə metro ilə gedib gəlirəm. Son illər ərzində bu nəqliyyat vasitəsinin sərnişinlərə nümunəvi xidmət göstərməsi üçün burada infrastrukturun yenidən qurulması, müasir standartlara uyğun formalaşdırılması diqqət mərkəzində saxlanılıb.
 
 Özü də bu zaman bütün görülən işlər dövlət büdcəsi tərəfindən həyata keçirilib. Bu isə o deməkdir ki, metroda sərnişindaşımadan əldə edilən gəlirlər xərcləri ödəyə bilmir. Ona görə zərər dövlət büdcəsi hesabına bağlanılır. Metroda xidmət haqqının artırılmasında, başqa sözlə, tarif dəyişikliyinin tənzimlənməsində əsas məqsəd də dövlətin yükünün azaldılmasıdır.
Onu da qeyd edim ki, metroda xidmət haqqının aşağı olması bu sistemdə müasirləşdirməni çətinləşdirir, eyni zamanda, dövlət büdcəsindən bu məqsədlə ayırmaların ildən-ilə artırılması zərurətini meydana çıxarır. Belə vəziyyət isə uzun müddət davam edə bilməzdi. 
Fikrimi yekunlaşdırıb deyə bilərəm ki, bundan sonra metrodan gediş haqlarından gələn əlavə vəsait yeni stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir vaqonların alınmasına, bu sistemdə xidmətin səviyyəsinin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
Ramiz QULİYEV, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında