İctimai nəqliyyat özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərməlidir

Bu gün ölkə ictimaiyyəti arasında Tarif Şurasının ictimai nəqliyyatda qiymət dəyişikliyi ilə bağlı qərarı geniş müzakirə olunur. Sevindirici haldır ki, çox adam bu qərarın mahiyyətini düzgün başa düşür. Nə gizlədək, səhv mövqedə duranlar da var. Mən şəxsən hesab edirəm ki, ictimai nəqliyyatda qiymət dəyişikliyi bu sahədə xidmətin səviyyəsini nəzərəçarpan dərəcədə yüksəldəcək. 
 
Gəlin bu məsələyə sırf şəxsi deyil, daha geniş, ictimai və dövlət maraqları aspektindən baxaq. Hər kəsə bəllidir ki, ölkəmizdə nəqliyyat vasitələrinin ən yüksək standartlara cavab verməsi vacibdir. Bu, Azərbaycanın bir turist ölkəsi olaraq imicinə də müsbət təsir göstərə bilər. Son illər Azərbaycanın hər bir güşəsi, eləcə də paytaxtımız Bakı sürətlə böyüyüb, gözəlləşib. Şəhərimizə yaxın və uzaq ölkələrdən çox sayda turist gəlir. Təbii ki, hər bir paytaxt sakini kimi, turistlər də ictimai nəqliyyatdan istifadə edirlər. Axı, hamı rahat, modern avtobusda, kondisioneri olan metro vaqonlarında hərəkət etmək istəyir. Bunun üçün isə ictimai nəqliyyatın özünü maliyyələşdirməsi vacibdir. 
Nəqliyyat sahəsində hazırda ölkəmizdə çox sayda özəl şirkətlər fəaliyyət göstərir. Onların xidmətin səviyyəsini yüksəltmək hesabına daha çox gəlir əldə etmək arzusu başadüşüləndir. Bundan başqa, nəqliyyatda qiymətlərin tənzimlənməsi büdcəyə vergi daxilolmalarını artıracaq. Belə ki, marşrut sahiblərinin dövlətə ödədikləri vergilər çoxalacaq. Qiymətlərin nizamlanması nəqliyyat sahəsində ictimai və özəl şirkətlər arasında daha ədalətli rəqabətin bərqərar olmasına şərait yaradacaq. 
Bir məqamı da vurğulamaq lazımdır. Yeni qiymət dəyişikliyindən sonra belə Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. 
Kazım HÜSEYNOV, 
 iş adamı 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında